BDU tələbələri arasında süni intellekt müsabiqəsi elan edilir: “100 il sonra BDU”
Cəmiyyət
2446
04 Apr 2024 | 13:35

BDU tələbələri arasında süni intellekt müsabiqəsi elan edilir: “100 il sonra BDU”

“BDU könüllüləri” təşkilatı və Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi Bakı Dövlət Universitetinin tələbələri arasında “100 il sonra BDU” adlı süni intellekt ilə dizayn müsabiqəsi elan edir.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Müsabiqənin keçirilməsində məqsəd tələbələrin süni intellektlə işləmə bacarıqlarının yoxlanılması və təkmilləşdirilməsidir.
 
Müsabiqədə iştirak etmək istəyən tələbələr işlərini 21 aprel saat 23:59-dək aşağıdakı meyarlara cavab vermək şərti ilə [email protected] e-poçt ünvanına göndərməlidirlər:
  • Elektron məktubun mövzu hissəsində müsabiqənin adı (“100 il sonra BDU”) qeyd olunmalıdır;

  • Göndəriləcək iş (şəkil) yüksək keyfiyyətdə olmalıdır;

  • Bir tələbə yalnız 2 dizayn (şəkil) göndərə bilər;

  • Elektron məktubda əlaqə nömrəsi, fakültə, kurs, ad, soyad, ata adı qeyd edilməlidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər