Tikinti işləri zamanı ağaclara ziyan vuran şəxs barəsində protokol tərtib olunub
2808
02 Apr 2024 | 18:21

Tikinti işləri zamanı ağaclara ziyan vuran şəxs barəsində protokol tərtib olunub

Bakının Binəqədi rayonu, Həmzə Babaşov küçəsində, “Zeytun bağı” restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb.
 
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
 
Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işləri aparılarkən dörd zeytun ağacının sərt budandığı müəyyən edilib.
 
“Faktla bağlı restoranın səlahiyyətli nümayəndəsi Rəfael Manafov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. Aparılan tikintinin qanunauyğun olub-olmadığının araşdırılması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət olunub”, - deyə xidmət rəisi vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər