Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi təsdiqlənib
2936
01 Apr 2024 | 14:17

Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.
 
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
 
Müşahidə Şurasının sədri
 
Elçin Yusubov – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
 
Müşahidə Şurasının üzvləri:
 
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
 
Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
 
Anar Kərimov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
 
Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər