Bakının ən böyük avtomobil dayanacağında parkinq qiymətləri 170% artır - CƏDVƏL + FOTO
2842
27 Mar 2024 | 09:40

Bakının ən böyük avtomobil dayanacağında parkinq qiymətləri 170% artır - CƏDVƏL + FOTO

Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb.
 
Yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.
 
Gündəlik tariflər aşağıdakı kimi olacaq:
 
0-2 saat - 1 manat;
 
2-4 saat - 2 manat;
 
4-6 saat - 3 manat;
 
6-10 saat - 4 manat;
 
10-12 saat - 5 manat;
 
12-24 saat - 8 manat.
 
Aylıq tariflər isə belə olacaq:
 
Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat);
 
Bütün günü (24 saatlıq) - 120 manat (60 manat);
 
Qonşular tarifi - 50 manat (20 manat).
 
Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.
 
Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.
 
Link kopyalandı!
Son xəbərlər