Bələdiyyə sədri bıçaqlanmadan danışdı: “Vuran 8-ci, vurulan 10-cu sinif şagirdidir”
Cəmiyyət
2270
19 Mar 2024 | 10:18

Bələdiyyə sədri bıçaqlanmadan danışdı: “Vuran 8-ci, vurulan 10-cu sinif şagirdidir”

Xəbər verildiyi kimi, Sumqayıtdan Kürdəmirə gələn qonaq bıçaqlanıb.
 
Bu gün saat 11 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində 2008-ci il təvəllüdlü şəxsin kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törədən 2010-cu il təvəllüdlü bir nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalar aparılır. Məsələ ilə bağlı Sığırll kənd bələdiyyə sədri Bayraç Həsənov  açıqlamasında bildirib ki, hadisə kənd məktəbinin təxminən 300-400 metr yaxınlığında baş verib:
 
"Vuran şəxs 8-ci sinif, vurulan şəxs 10-cu sinif şagirdidir. Hər ikisi kənd sakinidir. Hadisənin səbəbi hələ bəlli deyil. Vurulan yetiyetmə xəstəxanada, hadisəni törədən isə polis nəzarətindədir. Araşdırma aparılır".   / "Cebhe.info"
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər