“O, hər zaman dövlətimizə sədaqətlə xidmət edib” – Milli Qəhrəmandan ad günü təbriki!
16123
09 Mar 2024 | 14:50

“O, hər zaman dövlətimizə sədaqətlə xidmət edib” – Milli Qəhrəmandan ad günü təbriki!

Martın 10-u Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubovun ad günüdür.

 

Moderator.az-a açıqlama verən Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Bəylər Əyyubovu ad günü münasibətilə təbrik edib, ona ən xoş arzularını bildirib:

 

“Bəylər Əyyubov Azərbaycan xalqının ləyaqətli oğlu, böyük şəxsiyyət və əsl vətənpərvərdir. O, bütün şüurlu ömrünü Ulu Öndər və onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyə sədaqətli xidmətə həsr edib. Hörmətli generalımızın həyatının hər səhifəsi dövlətə, bayrağa, xalqa qüsursuz  xidmətin nümunəsidir.

General-polkovnik Bəylər Əyyubovu doğum günü münasibətilə ürəkdən təbrik edir, bu qürurverici işi davam etdirmək üçün ona uzun ömür və möhkəm cansağlığı arzu edirəm!”

 

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər