Rektorun avtomobili cərimələndi
Cəmiyyət
1833
29 Feb 2024 | 20:25

Rektorun avtomobili cərimələndi

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovun xidməti avtomobili barəsində cərimə protokolu  tərtib edilib. 
 
Valyuta.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.
 
 İnzibati Xətalar Məcəlləsinin 347-ci  maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.
 
İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Vüsal Qurbanovun icraatındadır. 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər