Məktəblərdə iş dəftərlərinin ödənişsiz olması müzakirə edilir - RƏSMİ
1833
29 Feb 2024 | 17:27

Məktəblərdə iş dəftərlərinin ödənişsiz olması müzakirə edilir - RƏSMİ

“Siniflər üzrə iş dəftərlərinin ödənişsiz əldə edilməsi üzərində iş aparılır”.
 
Moderator.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
 
Nazir bildirib ki, dərslərə uyğun iş dəftərləri üzərində işləmək lazımdır:
 
“Lakin sinifdə üç nəfərdə iş dəftəri olanda, beşində olmayanda nəticə olmur. İş dəftərlərinin dövlət büdcəsi və ya hansısa sponsorlar tərəfindən maliyyələşdirilməsi üzərində iş aparırıq”.
 
Link kopyalandı!
Son xəbərlər