“Açıq reyestr”ə daxil olmaq üçün Əqli Mülkiyyət Agentliyinin rəsmi elektron səhifəsinə //copat.gov.az/ müraciət etmək lazımdır. İxtiraların və faydalı modellərin referatlarının və düsturlarının mətnləri ilə isə //patent.copat.gov.az/publish-Inventions-utility-models-and-industrial-examples elektron səhifəsində tanış olmaq mümkündür. Bu zaman axtarış Əqli Mülkiyyət Agentliyinin “Sənaye mülkiyyəti” rəsmi bülletenlərinin dərc olunduğu tarix üzrə həyata keçirilə bilər.
Hazırda “açıq reyestr”də əmtəə nişanlarının qeydiyyatı haqqında məlumatlar üzrə axtarış alətinin işə salınması ilə bağlı işlər başa çatmaq üzrədir.
Bununla yanaşı, məlumat axtarışı sisteminin təkmilləşdirilməsi işləri davam edir və növbəti mərhələdə sənaye nümunələri və coğrafi göstəricilərə dair məlumatlar da reyestrə daxil ediləcəkdir. Daha sonrakı mərhələdə isə mühafizə sənədlərinin materiallarının tam həcmli mətnlərini əhatə etməklə, reyestr üzrə məlumat axtarışı imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.