Bizi sosial şəbəkələrdən izləyin:
Səmədova Şirinxanım Vaqif qızı Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru təyin olunub.
Bu barədə müvafiq əmr imzalanıb. Qeyd edək ki, Ş.Səmədova 1974-cü ildə Salyanda anadan olub. Son təyinatadək Şirvan Şəhər Uşaq Poliklinikasının müdiri işləyib.
Xatırladaq ki, Salyan Mərkəzi Rayon Xəstəxanasının əvvəlki direktoru Ramil Qasımov idi.