Taksilərə buraxılış vəsiqəsi barədə məlumatlar DYP-nin sisteminə ötürüləcək
2902
21 Feb 2024 | 17:12

Taksilərə buraxılış vəsiqəsi barədə məlumatlar DYP-nin sisteminə ötürüləcək

Əlaqəli fəaliyyət çərçivəsində ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi və taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək.
 
Moderator.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər