Nazir ona yüksək vəzifə verdi - FOTO
Cəmiyyət
2339
20 Feb 2024 | 15:57

Nazir ona yüksək vəzifə verdi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyəti sədrinə yeni müavin təyin edilib.
 
Nazir Sahil Babayevin 14 fevral 2024-cü il tarixli əmri əmri ilə Azər Əliyev DOST İdarə Heyətinin sədrinin müavini təyin olunub.
 
Qeyd edək ki, Azər Əliyev 10 yanvar 2023-cü il tarixində DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. 2015-2016-cı illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" DTMQ İdarəsində idarə rəisinin köməkçisi (1-ci dərəcə dövlət qulluqçusu), 2016-2017-ci illərdə "İnter" Peşəkar İdman Klubunun prezidenti, 2017-2022-ci illərdə "Atəşgah" Sığorta Şirkətinin İdarə Heyətinin sədri, "Azərbaycan Sığortaçılar Assosiyasiyası"nın Müşahidə Şurasının sədri və İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədr müavini vəzifələrində fəaliyyət göstərib. /Qaynarinfo/

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər