Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi tövsiyə olundu
Cəmiyyət
2333
20 Feb 2024 | 12:35

Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi tövsiyə olundu

Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi barədə məsələ parlamentin plenar iclasına tövsiyə olunub.
 
Moderator.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılıb.
 
Qeyd edək ki, Konstitusiyanın 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Prezident İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib.
 
Xatırladaq ki, F.Məmmədov ədliyyə naziri olub.
 
Link kopyalandı!
Son xəbərlər