Əhməd qətli təkbaşına törətməyib: Böyük cinayətkar şəbəkə ifşa olundu
Cəmiyyət
Oxunub: 4458
15 Feb 2024 | 12:15
Əhməd qətli təkbaşına törətməyib: Böyük cinayətkar şəbəkə ifşa olundu
Bakıda 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qətl hadisəsi baş verib. Məlum olub ki, qətli törədən şəxs ailənin üzvlərindən biri olub. 25 yaşlı şəxs bacısını, onun 5 yaşlı qızını öldürdükdən sonra atasını, anasını və 9 yaşlı qardaşını da amansızlıqla öldürüb. Yaxınlarının verdiyi məlumata görə, həmin şəxsin psixoloji problemi olub və müalicə alırmış. Anasının istəyi ilə onun dispanserdə yatmasına icazə verilməyib, hətta ona avtomobil alıblar ki, “taksovatlıq” etsin.
 
Bir ailənin 5 üzvünün bir gündə dəhşətli şəkildə öldürülməsi əsl faciədir, fəlakətdir. Hələ öldürülənlərin arasında 5 yaşlı körpənin olması başqa bir müsibətdir. İnsan necə vəhşiləşər, necə insanlıqdan çıxar ki, belə bir cinayəti törətmiş olsun.
 
Bütün bunlar ayrı bir dərddir. Əsl təəccüblü olan budur ki, belə xəstəliyi olan bir insanı müalicə edən həkim onu necə Psixiatriya Xəstəxanasına yatırtmayıb? Yəni həkim bir insanın xəstəliyinin bu qədər ciddi olmasını təyin etməsi üçün kimlərinsə ölməsini gözləməlidirmi? Belə insanları cəmiyyət içərisinə buraxmaq təhlükəli deyilmi?
 
Hələ valideynlərin belə bir xəstəyə “taksovatlıq” etsin deyə avtomobil alması ağılsızlıq deyilmi? Həkimləri kənara qoyaq, axı valideyn olan şəxs övladının bütün problemlərini bilir. Öz övladının azadlığına qıymayan, onun dispanserdə yatmasına razılıq verməyən ziyalı bir ana yüzlərlə insanın həyatının təhlükə altında olmasına necə qıyıb?
 
Bu da heç, bəs həmin şəxs sürücülük vəsiqəsini necə alıb? Bütün bunlar onu deməyə əsas verir ki, Əhməd bu qətli təkbaşına törətməyib? Ona bu işdə dəstək verən böyük bir şəbəkə var? Cəmiyyəti təhlükə altında saxlayan şəbəkə.
 
Bütün bunları fikirləşdikcə belə qənaətə gəlmək olur ki, ölkədə psixi problemi olan insanlara qarşı heç bir tədbir görülmür. Hətta belələrinə avtomobil də alıb verilir ki, get başını qarışdır, camaatı bədbəxt elə…
 
Baş verən dəhşətli qətllə bağlı Publika.az-a danışan sosioloq Üzeyir Şəfiyev bu hadisədən çox təəssüfləndiyini qeyd etdi.
 
“Çox təəssüflər olsun ki, baş verən hadisə çox böyük fəsadlar törədib və bir neçə ailə üzvü qətlə yetirilib. Bu hadisəni təhlil edərkən, görürük ki, burada məsuliyyət sahəsi böyükdür, genişdir. Burada həm ailənin məsuliyyət sahəsi var, digər müvafiq qurumların, müvafiq orqanların payı var. Çünki qonşuların və tanışların dediyi kimi, qətli törədən psixoloji cəhətdən sağlam adam olmayıb və bunu sağlam olmamasına baxmayaraq o, məsuliyyətdən yayındırılıb. Və yaxud da ki, onun sağlamlığına adekvat olmayan şəraitlər yaradılıb.
 
Yəni qeyd etdiyimiz kimi, sürücülük vəsiqəsi verilib, müxtəlif ictimai təhlükəli davranışlarının olmasın baxmayaraq bu təcrid olunmayıb, adekvat ünvanlara istiqamətləndirilməyib, hətta oradan qurtarılıb. Qeyd etdiyimiz kimi, burada həm valideyn məsuliyyət var, həm də müvafiq qurumların məsuliyyəti var. Güman edirəm ki, bu məsələ araşdırıldıqdan sonra bu istiqamətdə məsuliyyət daşıyan şəxslərə qarşı lazımı tədbirlər görüləcək”.
 
Hadisəni şərh edən millət vəkili Ceyhun Məmmədov bu faciəyə səbəb olan hər kəsin cinayətkar olduğunu dedi:
 
“Hesab edirəm ki, bu məsələdə məsuliyyət daşıyan hər kəs qanun qarşısında cavab verməlidir. Söhbət böyük bir ailənin bədbəxtçiliyindən, bütöv bir ailənin bütün üzvlərinin qətlindən gedir. Ona görə burada məsuliyyət daşıyan hər kəs mütləq qanun qarşısında cavab verməlidir. İlk növbədə həkim cavab verməlidir, ciddi tədbir görülməlidir ki, necə belə bir xəstə insan xəstəxanaya yatırılmayıb. Müalicə almadan cəmiyyət içərisinə buraxılıb və bu formada sərbəst gəzməsinə şərait yaradılıb. Eyni zamanda həmin bu şəxsə sürücülük vəsiqəsi verən şəxs də ciddi məsuliyyət daşıyır. Onlar da qanun qarşısında cavab verməlidirlər və məsuliyyət daşımalıdırlar.
 
Çünki söhbət bir adamdan yox, bir ailənin qətlindən gedir. Ümumiyyətlə düşünürəm ki, bu kimi hadisələrə biz ciddi, dərindən, ölçülmüş-biçilmiş, təhlil edilmiş bir formada yanaşmalıyıq ki, belə hadisələr tez-tez yaşanmasın və baş verməsin. Bu hadisələrin kökü ciddi araşdırılsın.
 
Təsəvvür edin ki, bu insan hadisəni yalnız ailəsinə qarşı deyil, başqalarına qarşı da törədə bilər. Avtomobilində apardığı sərnişinlərə qarşı və digər insanlara qarşı da edə bilər. O mənada hesab edirəm ki, bu kimi məsələlərdə çox diqqətli və ehtiyatlı olmağa ciddi ehtiyac var. Belə hadisələrdən qaçmaq üçün biz ciddi şəkildə təhlil aparmalıyıq. Hesab edirəm ki, çox ciddi də cəza tədbirləri olmalıdır. Mən düşünürəm ki, bu kimi məsələlərin kökündə duran ciddi səbəblərdən biri də cəzanın olmamasıdır, cəzasızlıqdır. Bu insanlar cəzasız qaldıqları üçün eyni cinayətlərin yaranmasına şərait yaranacaq. Yenə də deyirəm, bu sadə bir proses deyil. Bütöv bir ailənin qətlindən, bədbəxtliyindən bəhs edir. Buna görə də, bu hadisə ciddi araşdırılmalı ki, gələcəkdə belə hallarda yaşanmasın”.
 
Baş verən dəhşətli qətllə bağlı sosioloq Əhməd Qəşəmoğlunun da fikirlərini öyrəndik.
 
Sosioloq da bu məsələdə tək bir insanın günahkar olmadığını söylədi:
 
“Belə hadisələrin baş verməsi sadəcə bir insanın özünün şəxsi xarakterindən asılı deyil. Bunun arxasında çox sayda səbəblər var. Öncə ona iki-üç yaşından başlayaraq verilən tərbiyə, məktəbə gedəndə müəllimlərinin ona göstərdiyi münasibət, ta sona qədər xəstə-xəstə ona avtomobil alan valideyn. Hələ 15 yaşında kimisə bıçaqlamasına göz yumanlar. Bunların hamısını bilə-bilə etinasızlıq edən adamların hamısı günahkardır. Bütün bunların arxasında isə ayrı-ayrı adamları tapıb, onları tənqid eləmək, günahlandırmaqla iş bitməz. Deməli, müstəqil ölkəmizdə biz hər sahədə görülən işləri nümunəvi şəkildə, yüksək səviyyədə qurmalıyıq. Dünyanın ən aparıcı ölkələrində olduğu bir səviyyədə.
 
Dəfələrlə tənqid etdiyimiz, doğrudan da çox mənfi tərəfləri saymaqla bitməyən sovet cəmiyyətində belə məsələlər ola bilməzdi. Orada sosial siyasət, humanitar siyasət, güc strukturları ilə qarşılıqlı əlaqə, təhsil sistemi, gənclər təşkilatlarının fəaliyyətləri qarşılıqlı olaraq elə qurulmuşdu ki, cəmiyyətdə bu cür insanların yetişməsi az ehtimal idi. Çünki hər bir insanın davranışının formalaşmasında dörd mühüm amil rol oynayırdı. Öz fərdi xüsusiyyətləri, mühit, aldığı informasiya, üstünlük verdiyi dəyərlər. Dörd amilin qarşılıqlı əlaqəsi insanı formalaşdırır.
 
Tutaq ki, bu adam psixi xəstədir, mühit elə ola bilər ki, həmin xəstənin təhlükəli tərəflərini bloklaya bilər, bunları inkişaf etməyə qoymaz. Və yaxud cəmiyyət elə ola bilər ki, həmin xəstədə o xüsusiyyət daha da inkişaf edər. Deməli, indiki vaxtda bizim mühitimizdə elə bir şərait var ki, insanları mənfi cəhətə doğru yetişdirir. Təkcə bu hadisə deyil ki. Eşidirik ki, biri atasını öldürüb, biri qonşusunu öldürüb və s. Bu mühitin özündən gələn bir mənfilikdir. Ona görə də, uşağın aldığı informasiyalar barədə maraqlanmaq lazımdır. Bu insana fərd kimi nəzarət eləmək lazımdır ki, nə informasiyalar alıb. Bunun anası məktəb direktoru olub. Görünür ki, o, öz uşağının təlim-tərbiyəsində, formalaşmasında heç bir iş görməyib. İnsan daha çox əhatəsindən informasiya alır.
 
Sovet rejimində gənclər təşkilatları hər vaxt məktəblərdə, məktəbdənkənar işləyirdi. Təhsil sistemində bu istiqamətdə işlər görülürdü.
 
Bu gün bu cür insanlardan on nəfərini təhlil edə bilsək, görərik ki, bunlar həyatda hansı dəyərlərə üstünlük verirlər.
 
Necə olub ki, valideyn bilə-bilə ki, uşağı xəstədir, ona taksi xidməti göstərməyə şərait yaradıb? Bu sürücülük vəsiqəsini necə alıb? İndi hər kəs bilir ki, sürücülük vəsiqəsinin almağın yolları hansılardır. Yəni bir çox adam gecə-gündüz nə qədər çalışır, gedib öz biliyi ilə sürücülük vəsiqəsi ala bilmir. Biri böyürdən çıxıb deyir ki, bu vəsiqənin qiyməti bu qədərdir. İndi görün xəstə adamın vəsiqəsinin qiyməti nə qədər olub. Burada günahın bir çoxu valideynlərin üzərinə düşür. Çünki həmin valideynlər öz uşaqlarının cəmiyyətdə adekvat bir mövqe tutmaq üçün heç bir iş görməyib, əksinə təhlükəli fəaliyyətinə şərait yaradıblar. Yenə də bunların hamısı gəlib dayanır ölkədəki humanitar, sosial siyasətin düzgün qurulmamasına. Bu istiqamətdə biz çox ciddi işlər görməliyik. Elimi əsaslarla cəmiyyətin indiki xüsusiyyətlərini nəzərə alaraq fəaliyyət proqramları hazırlanmalıdır. Bu fəaliyyət proqramlarında aydın olacaq ki, valideynin öhdəsinə hansı işlər düşür, məktəblə valideyn arasında hansı işlərə ehtiyac var, valideynin uşağı xəstədirsə, onun qarşısında hansı vəzifələr dayanır, hüquq-mühafizə orqanlarının qarşısında hansı vəzifələr dayanır, qanunvericilik orqanlarının vəzifəsi nədə ibarətdir? Araşdırmaq lazımdır. Ona sürücülük vəsiqəsi verəni cəzalandırmaq lazımdır. Necə olur ki, belə adam sürücülük vəsiqəsi alıb? Gedib yoxlasaq, görəcəyik ki, o adam normal sürücülük məktəbini də qurtarmayıb. Gedib pulunu verib kağız alıb ki, guya bu sürücülük məktəbini qurtarıb. Bu məsələlərin necə ki, üstündən keçirik, dərindən təhlil eləyib səbəbləri üzə çıxardıb, bunları ləğv eləmirik cəmiyyətdə belə hallar daha çox olacaq. Çünki cəmiyyət dediyim kimi, mürəkkəbləşdikcə, həssaslaşdıqca bizim də həssas məsələlərə, sosial problemlərə, sosial-psixoloji problemlərə daha çox diqqət yetirməyimizə zərurət var. Çox təəssüf ki, ölkədə bu məsələlərə lazımi səviyyədə diqqət verilmir”.
 
Gündəmi zəbt edən bu dəhşətli faciəyə deputat Fazil Mustafa da biganə qalmadı.
 
Millət vəkili saytımıza açıqlamasında baş verən hadisənin əsas günahkarının valideynlər olduğunu söylədi:
 
“Çox ağır bir hadisədir. Azərbaycanda həqiqətən də bu cür insanların müəyyən dərəcədə valideyn himayəsi ilə gizlədilməsi, müəyyən dərəcədə uğursuz övladların qorunması istiqamətində atılan addımlarda düşünülməyən bir cəhət var. Sən özün üçün əziz olanı başqaları üçün təhlükə olaraq qoruyursan, yaşadırsan və sonra başqasının faciəsi baş verəndə dizinə döyürsən ki, bu niyə baş verdi. İndi bu qətli törədən şəxs hələ uşaq vaxtı birini öldürüb və buna da müəyyən dərəcədə ruhi xəstə olduğu ilə bağlı sənəd düzəldib veriblər. İndi maraqlıdır ki, bunu düzəldən ata, ana bu gün öz həmin faciənin qurbanıdır. Başqasının qurban getməsinə səbəb olan ata, ana və körpə uşaqlar, qardaş, bacı bunun qurbanıdır.
 
Demək, bir başqasının faciəsi üçün yetişdirdiyiniz övlad indi özünüz üçün faciəni törədib. Bu olduqca təhlükəli bir məqamlardır və bunun üzərində düşünmək lazımdır. Yəni bu cür xarakterli insan hər bir ailədə ola bilər. Səhhəti, psixi problemi. Bu valideyn üçün doğrudan da həm əziyyətdir, həm əzabdır, həm də ağrıdır. Amma insanın düşündüyü bir şey var. Dövlət niyə bir çox insanları ya həbsə atır, ya da xəstəxanaya salır? Çünki başqasına ziyan vurmasın deyə. Bir adam bir cinayət törədirsə, başqasına zərər vurmasın deyə onu təcrid edir cəmiyyətdən. Bu baxımdan da sənin duyğun, istəyin, övlad sevgin hər halda başqalarına vurulan ziyan üzərində müzakirə olunmalıdır. Sən sevgini qorumalısan, başqa insana zərər yetirmə anlayışına soyuqqanlı yanaşmalısan. Bu gözlənilən bir qətldir. Ona görə də, qarşılıqlı bütöv bir problem olaraq baxılmalıdır məsələyə və bu cür faciələrin qarşısını almaq üçün insanlar bir az daha tələbkar olmalıdır. Qonşular, yaxınlar buna sadə bir proses kimi baxmamalıdır. Gizlətməli, ört-basdır edilməli, saxta sənədlə gizlədilməli məslə kimi baxmamalıdırlar. İndi bunun belə bir xarakterə sahib olduğunu bütün çevrə bilir. Bu çevrədən hansısa bir hərəkətlənmə yoxdur. Əgər müraciət ediblərsə, hansısa buna laqeyd yanaşılıbsa, müvafiq qurumlar tərəfindən onların da məsuliyyəti məsələsinə baxılmalıdır, çünki söhbət həm də zərər törətmə potensialı olan şəxsin zərərsizləşməsindən gedir. Bunun üzərində də düşünmək lazımdır. Artıq bu cür problemlərə daha ciddi yanaşılmalıdır və bu şəxslər cəmiyyətdən bu və ya digər formada təcrid olunmalıdır”. /Publika.az/
 
Oxşar xəbərlər
20:00, Bu gün
Bakıda bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq məntəqələri dəyişdirilir
19:56, Bu gün
“Heç bir dövlət Ukraynaya ordu göndərməyəcək, çünki...”
19:45, Bu gün
Bu prospekt və küçələrdə diqqətli olun! - Siyahı
19:40, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin səkkizinci iclası keçirilib
19:30, Bu gün
5 qanuna dəyişiklik edilir: yeni qaydalar belə olacaq - FOTO
19:23, Bu gün
Azərbaycan boksçusu dünya birinciliyində finala yüksəlib
19:15, Bu gün
Südü sağılan kimi içmək lazımdır, oksigenlə təmas etsə...
19:08, Bu gün
İlham Əliyev İspaniya Hökumətinin Sədrinə başsağlığı verib
19:00, Bu gün
Ermənistan İrana yeni səfir təyin edib
18:52, Bu gün
Bulvarda gəmi gəzintisinin bərpa ediləcəyi tarix açıqlandı
18:46, Bu gün
Bir neçə dövlətdə tətbiq olunan qorxunc plan: Növbəti hədəf hansı ölkə ola bilər?
18:40, Bu gün
Norveç Ukrayna üçün 1,3 milyard əlavə vəsait ayırır
18:35, Bu gün
Millimiz Monteneqronu məğlub etdi
18:30, Bu gün
Ruslara xəbərdarlıq edildi: Defolt dalğasına hazırlaşın
18:20, Bu gün
İrana daha bir ŞOK: bu ölkədəki bütün konsulluqları bağlanır
18:15, Bu gün
Ölkə kubokunda “Qarabağ”ın rəqibi bəlli oldu
18:10, Bu gün
Son sorğu: Tramp Harrisdən öndədir
18:09, Bu gün
Sumqayıtda “COP-29” öncəsi növbəti ekoloji təxribat və özbaşınalıq...-FOTOLAR
18:05, Bu gün
Mürəbbədən kif çıxarılsa yemək olarmı?
18:03, Bu gün
COP29-da iştirak edəcək ingilisdilli jurnalistlər üçün təlimlər keçirilir - FOTOLAR
17:59, Bu gün
Qadın idmançımıza yüksək vəzifə verildi
17:56, Bu gün
"Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" - Naim Qasım
17:52, Bu gün
“Bakmil”ə gedən qatarların hərəkət cədvəli dəyişdirilir - CƏDVƏL
17:48, Bu gün
Qazaxda yol qəzası: Xəsarət alanlar var
17:44, Bu gün
Bakıda milyonlarla ölçülən toy korteji kimindir? - VİDEO
17:40, Bu gün
"Uğurlu iş adamının şıltaqlıqlarından daha yaxşıdır" - FOTO
17:37, Bu gün
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
17:33, Bu gün
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO
17:29, Bu gün
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vuruldu
17:24, Bu gün
Miqrasiya haqqında qanuna dəyişiklik edilir
17:19, Bu gün
Ankarada keçirilən ikitərəfli görüşlərdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb - FOTO
17:14, Bu gün
20 saylı Mediasiya Təşkilatı məhkəməyə üz tutmağa səbəb saxlamır - FOTO
17:09, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTO
17:04, Bu gün
Qardaşı arvadını və oğlunu qətlə yetirən şəxsə ÖMÜRLÜK CƏZA
17:00, Bu gün
BDU-da Vətən müharibəsi qaziləri ilə görüş - FOTO
16:57, Bu gün
Aytən Səfərova: "Əgər qız qayınanaya baxmağa gedirsə..." - VİDEO
16:53, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə HÖKM OXUNDU
16:48, Bu gün
"Bunu yük kimi görmürəm" - Milyarder olmaq necə hissdir?
16:45, Bu gün
COP29 Yaşıl Zona üzrə biletlərin verilmə tarixi açıqlandı
16:41, Bu gün
Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin açılışında iştirak etdi - FOTO
16:38, Bu gün
AFFA-nın vəzifəli qəxsi tənbeh olundu - Niyə millidə "məşqçi karuseli" yaratmısan?
16:35, Bu gün
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirildi - FOTO
16:32, Bu gün
Dəhşətli günlər yaxınlaşır, noyabrda... - EHTİYATLI OLUN
16:28, Bu gün
Tanınmış türk futbolçu azərbaycanlı qızla EVLƏNDİ - FOTO
16:24, Bu gün
Ceyhun Bayramov britaniyalı naziri sülh prosesi barədə məlumatlandırdı
16:20, Bu gün
Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM
16:16, Bu gün
"Belaruslar bizdən daha fəal mübarizə aparıb" - Saakaşvili
16:10, Bu gün
TDT-yə üzv ölkələrin əmək və sosial müdafiə üzrə əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub - FOTO
16:05, Bu gün
"Kartdan karta" üsulu ilə işləyən daha 70 sahibkar cərimələndi - FOTOLAR
15:58, Bu gün
“Nar” mobil rabitə təlimlərinə davam edir! - FOTO
15:54, Bu gün
8 Noyabr prospektində təmir işləri nə yerdədir? - VİDEO
15:49, Bu gün
İlham Əliyev Ruandanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
15:46, Bu gün
İqlim dəyişikliyinin insan sağlamlığına təsiri AÇIQLANDI
15:42, Bu gün
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
15:38, Bu gün
Banqladeş Prezidenti COP29-da iştirak edəcək
15:35, Bu gün
Nişanı olacaq olan gənci musiqi sədaları ilə dəfn etdilər - VİDEO
15:30, Bu gün
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
15:28, Bu gün
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu
15:25, Bu gün
Azərbaycan millisi dünya birincliyində ilkə imza atıb
15:20, Bu gün
Dünyanın ən qorxulu ölkələri - Cinayət, müharibə, narkotik... - ARAŞDIRMA + FOTO
15:16, Bu gün
Bakıda qız dərsdən qaçdı - Başına iş gəldi
15:13, Bu gün
Yeni bir nagehan plan – Ermənilər Türkiyəyə yenidən qarmaq atır
15:09, Bu gün
"Putin hətta Şimali Koreyanın köməyi ilə də müharibədə qalib gələ bilməyəcək" - Pentaqon rəhbəri
15:06, Bu gün
Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
15:03, Bu gün
Niyaməddin Musayev bahalı avtomobilində görüntüləndi - VİDEO
14:58, Bu gün
Noyabr ayına olan hava proqnozu AÇIQLANDI
14:54, Bu gün
Ali Məhkəmə DİN-in şöbə rəisi olmuş Kamil Sədrəddinovla bağlı qərar verdi
14:51, Bu gün
Albaniyanın Baş naziri COP29-da iştirak edəcək
14:48, Bu gün
Konqo Prezidenti Azərbaycana gələcək
14:45, Bu gün
Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
14:40, Bu gün
Bakıda 20-dən çox maşından oğurluq edən şəxslər saxlanıldı - FOTO/VİDEO
14:34, Bu gün
Qanunsuz miqrantlarla bağlı bu qaydalar müəyyənləşir
14:28, Bu gün
Hakan Fidanın London səfəri: Türkiyə və Britaniyanın strateji tərəfdaşlığının inkişafı - TƏHLİL
14:22, Bu gün
Canlı efirdə Zaurun şalvarı söküldü - VİDEO
14:17, Bu gün
Bakı metrosunun yeni nəsil qatarlarının hansı özəllikləri var? - FOTOLAR
14:12, Bu gün
Yeni səfir etimadnaməsini prezidentə təqdim etdi - YENİLƏNİB + FOTO
14:08, Bu gün
Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
14:04, Bu gün
Bu bürcləri çətin sınaqlar gözləyir - Unutmayın ki...
14:00, Bu gün
Ağadadaş Ağayevin vergi borcundan danışan həmkarı: "O boyda şadlıq sarayı, pulu var, ödəyər" - VİDEO
13:55, Bu gün
COP29-da iaşə xidmətlərinin təşkili qaydası AÇIQLANDI
13:50, Bu gün
Təhsil ekspertindən çağırış: “Uşaqlar üçün uyğun olmayan dərs yükləri psixoloji təzyiq, stress yaradır”
13:48, Bu gün
Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - YENİLƏNİB + FOTO
13:45, Bu gün
ABŞ prezidenti seçkilərinə 5 gün qalıb: kim irəlidədir? - İctimai rəy sorğusunun nəticələri
13:42, Bu gün
İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB + FOTO
13:39, Bu gün
"Oğlum 3 yaşına kimi görüb, onu düzgün müalicə etmədilər" - VİDEO
13:36, Bu gün
Yaşadığı villada körpəsini və arvadını ÖLDÜRDÜ: Cinayətdən əvvəlki FOTOsu diqqət çəkdi
13:30, Bu gün
Qara Qarayev: "Neftçi"dən ayrılarkən Qriqorçuk məni qucaqlamaq istədi" - MÜSAHİBƏ
13:24, Bu gün
"Halloween" Bakıda necə qeyd olunur? - "Ölülər" və "cadugərlər"in toplaşdığı bayramın sirri... - VİDEO
13:18, Bu gün
Noyabrın ilk gününə olan HAVA PROQNOZU
13:12, Bu gün
BDU komandası Beynəlxalq universitetlərarası startap yarışmasında iştirak edir - FOTO
13:06, Bu gün
Məşhur hospitaldakı saxtakarlıqla bağlı CİNAYƏT İŞİ BAŞLANDI
13:01, Bu gün
Mərkəzi Bankdan kritik qərar - Bu mərkəzlər bağlanır
12:56, Bu gün
Səudiyyə Ərəbistanında 4400 illik qədim şəhər aşkar edildi - FOTO
12:50, Bu gün
Bu qüvvələr bölgəyə gətirilir: Toqquşmalar olarsa... – Ermənistanla sərhəddə nə baş verir? - Müsahibə
12:45, Bu gün
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində kadr dəyişikliyi olub
12:40, Bu gün
Sayt rəhbəri və oğlu şantaja görə həbs edildi
12:35, Bu gün
Axtarışda olan 5 şəxs Azərbaycana ekstradisiya edildi
12:30, Bu gün
Bakı ilə İrəvan arasında birbaşa telefon danışığı: Son detallar müzakirə edildi
12:26, Bu gün
Bu şəxslərə sınaq imtahanları pulsuz olacaq
12:21, Bu gün
COP29 zolaqlarında minik avtomobili ilə hərəkət dayandırılır
GÜNLÜK
30 Oct 2024 | 21:23
Ukrayna qadınları noyabr ayından hərbi xidmətə çağırılacaqmı?..
30 Oct 2024 | 20:39
Bağırov  20-ci illərdə Xalq Cümhuriyyəti parlamentinin üzvünü 4 il himayə edib...
30 Oct 2024 | 22:50
Əhalinin NƏZƏRİNƏ: ​Noyabrın 1-dən başlanılır...
30 Oct 2024 | 23:00
Bakıda toyda lağ edilən rəqsin tarixi şok etdi - VİDEO
30 Oct 2024 | 23:50
"Haydı, uşaqlar, cəsarətli olun, belə də davam edin!.." - Alla Puqaçova
30 Oct 2024 | 21:05
Rusiya qalib gəldi - Zelenski
30 Oct 2024 | 21:53
Trampın qələbəsi NATO-nun sonu ola bilər
30 Oct 2024 | 21:50
"İordan çayının Qərb sahili və Qəzza bölgəsi işğal edilmiş ərazilərdir" - Quterriş
30 Oct 2024 | 20:40
Baydenin müşavirləri xüsusi missiya ilə Yaxın Şərqə yollanır
30 Oct 2024 | 22:40
Nazirdən yeni təyinatlar
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
26 Oct 2024 | 14:41
"Qarabağ"ın oyununu idarə etmiş hakim diskvalifikasiya olundu
AYLIQ
30 Oct 2024 | 21:23
Ukrayna qadınları noyabr ayından hərbi xidmətə çağırılacaqmı?..
30 Oct 2024 | 20:39
Bağırov  20-ci illərdə Xalq Cümhuriyyəti parlamentinin üzvünü 4 il himayə edib...
30 Oct 2024 | 22:50
Əhalinin NƏZƏRİNƏ: ​Noyabrın 1-dən başlanılır...
30 Oct 2024 | 23:00
Bakıda toyda lağ edilən rəqsin tarixi şok etdi - VİDEO
30 Oct 2024 | 23:50
"Haydı, uşaqlar, cəsarətli olun, belə də davam edin!.." - Alla Puqaçova
30 Oct 2024 | 21:05
Rusiya qalib gəldi - Zelenski
30 Oct 2024 | 21:53
Trampın qələbəsi NATO-nun sonu ola bilər
30 Oct 2024 | 21:50
"İordan çayının Qərb sahili və Qəzza bölgəsi işğal edilmiş ərazilərdir" - Quterriş
30 Oct 2024 | 20:40
Baydenin müşavirləri xüsusi missiya ilə Yaxın Şərqə yollanır
30 Oct 2024 | 22:40
Nazirdən yeni təyinatlar