Ölən şəxsin borcunu varisinin ödəməmək şansı varmı? - Hüquqşünasla MÜSAHİBƏ + FOTO/VİDEO
Cəmiyyət
Oxunub: 2264
12 Feb 2024 | 16:40
Ölən şəxsin borcunu varisinin ödəməmək şansı varmı? - Hüquqşünasla MÜSAHİBƏ + FOTO/VİDEO

Sələmə pul verilməsi və lombardların fəaliyyəti qanunidirmi? Banklar niyə kredit verəndə zamin tələb edirlər? Hansı halda borclu şəxsin mülkü əlindən alına bilər? Borc götürən şəxs dünyasını dəyişibsə, ailə üzvləri o borcu ödəməlidirlərmi? “TikTok” platformasında “çirkli” pullar yuyulurmu?

Bu və bənzər suallar çox tez-tez cəmiyyətdə müzakirə olunan və cavab axtarılanlar sırasındadır. Bunların aktual olanlarına aydınlıq gətirmək üçün Oxu.Az tanınmış hüquqşünas və eyni zamanda bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənovla həmsöhbət olub. Müsahibəni təqdim edirik:

- Əkrəm müəllim, başlayaq ondan ki, sələmə pul verilməsi qanunidir, yoxsa yox?

- Ötən il oktyabrın 1-nə kimi qanuni idi, ötən il oktyabrın birindən Mülki Məcəlləyə edilmiş dəyişikliklər qüvvəyə mindi. Həmin dəyişikliklərin müəllifi də mənəm. Onları hələ 2014-cü ildə təklif etmişdim. Üstündən doqquz il keçdikdən sonra qəbul etdilər və həmin dəyişikliyə əsasən, yalnız banklar, bank olmayan kredit təşkilatları və lombardlar faizə pul verə bilərlər. Yəni müntəzəm, peşəkar fəaliyyət kimi edə bilərlər. Vətəndaşlar isə bunu edə bilərlər, amma tək-tük halda, yəni daimi fəaliyyətə çevrilməmək şərti ilə.

- Qeyri-qanunidirsə, sələmə verilmiş pulu (yaxud girov qoyulan evi) geri almaq mümkündürmü?

- Məsələ dediyim kimidir. Əgər vətəndaş bir-iki dəfə kiməsə pul verdi, faizini qazandı və dövlətə vergisini (verdiyi sələmdən əldə etdiyi faizin 10%-ni) də verdisə, bu halda problem yoxdur. Amma vətəndaş bunu daimi fəaliyyətə çevirirsə, bir növ dönüb olur bank olmayan kredit təşkilatı. Bu şəkildə isə davam edə bilməz, çünki bunun üçün Mərkəzi Bankdan lisenziya almaq və lisenziya əsasında fəaliyyət göstərmək lazımdır. Bunun da mənası ondan ibarətdir ki, praktiki cəhətdən axı heç kəs öz pulunu kreditə vermir. Kimdənsə götürüb kimlərəsə pul verirlər. Çünki heç kimin o qədər pulu da yoxdur.

Yox, əgər varındır və sən öz pulunu sələmə verirsənsə, ver. Batanda da batsın - bu, heç kəsi maraqlandırmır. Amma başqasından pul alıb kiməsə verəsən, o da pulu qaytarmasın, sən də qaytara bilməyəsən - bax, dövlətin marağı da buradadır ki, sən başqasının pulunu kiməsə verə bilməyəsən. Bunu da başqa cür tənzimləmək olmur. Çünki heç kim müəyyən edə bilmir - sən öz pulunu verirsən, yoxsa başqasının pulunu. Ona görə də dövlət belə bir qadağa qoydu ki, banklar, bank olmayan kredit təşkilatları və lombardlardan savayı kredit və sələm işi ilə başqası daimi olaraq fəaliyyət göstərə bilməz. Onlar Mərkəzi Bankdan lisenziya alırlar və AMB onlara nəzarət edir.

- Sələmə pul verilməsini notarius təsdiqləməlidirmi?

- Xeyr. O, vacib deyil. Sadəcə, sələmə verilən pul üç min manatdan yuxarıdırsa, o, mütləq kağız formatında hər iki tərəfin imzası ilə təsdiqlənməlidir.

- Sələmə verilən pul notariusda təsdiqlənmir, günlərin bir günü əks tərəf pulu qaytara bilmir, iş məhkəməyə gedir. Bu zaman uduzan kim olur?

- Borcu verən tərəf məhkəməyə müraciət edə bilər və məhkəmə qaydasında verdiyi pulun qaytarılmasını tələb edə bilər - əgər o faizlər qanunidirsə və şəxs bir dəfə sələm veribsə. Bu halda məhkəmə həmin faizləri də qarşı tərəfdən tələb edəcək. Yox, əgər şəxs bunu özünün peşəkar fəaliyyətinə çeviribsə, əslində, məhkəmə o faizləri tanımamalıdır. Məhkəmə deməlidir ki, sən burada qanunsuz fəaliyyətlə məşğulsan. Hər bir halda məhkəmə qərar qəbul edir ki, pul qaytarılmalıdır. Burada isə başqa bir problem çıxa bilər - borclunun pulu yoxdur. Borclunun pulu yoxdursa, əmlakı yoxdursa, o zaman heç nə. O, pulu, sadəcə, qaytarmayacaq, vəssalam.

- Əkrəm müəllim, sələmə pul götürən şəxs pulun əvəzinə girov qoyur. Məsələn, evini. İş elə gətirir ki, ölür. Ailəsinin də sələmdən xəbəri yoxdur. Bu zaman nə baş verir?

- Əgər evini girov qoyubsa, rəsmi, qanuni şəkildə həmin girov hərracda satılacaq və kreditora olan borc ödəniləcək. Əgər satılan girovdan borcdan əlavə pul qalsa, o, artıq sələm götürənin ailə üzvlərinə veriləcək. Burada bir əsas məsələ də var - sələm götürənin ölməsindən və ya ölməməsindən asılı olmayaraq, əgər onların yaşamağa başqa evi yoxdursa, o ev onlardan alına bilməz - bu məsələ qanunvericilikdə öz əksini tapıb. Əgər müəyyən olunarsa ki, yaşadıqları evdən başqa digər evləri də var, yalnız o halda borclu tərəf evdən çıxarıla bilər.

- Eynilə bankdan kredit götürülən formada?

- Eynən. Qanunda heç bir fərqi yoxdur. Praktikada isə bir fərqi var - vətəndaş, əgər bankın və ya bank olmayan kredit təşkilatının borcunu verə bilmirsə və məhkəməyə veriləndə deyirsə ki, yoxumdur, ondan əl çəkirlər. Yox, əgər vətəndaş başqa bir vətəndaşdan pul alıbsa, o zaman ona ölkədən çıxmağa qadağa qoyula, hətta həbs edilə bilər. Amma hər bir halda vətəndaşlar bilməlidirlər ki, istənilən şəxsin borcunu verə bilmirlərsə, onlara heç nə edə bilməzlər.

- Bankdan kredit götürəndə, əgər kredit götürən şəxs rəhmətə gedirsə, mirası qəbul edən o borcu ödəməlidir. Sələm götürən şəxs rəhmətə gedir və onun mirası ailəsi tərəfindən qəbul edilməyibsə, sələmi verən şəxs sələm götürənin ailəsini evdən çıxara bilərmi?

- Məsələ yenə də eynidir. Borclu ölübsə və onun miras əmlakı qalıbsa, mirası qəbul edən şəxs o borcu miras-əmlak həddində ödəməlidir. Əgər vərəsələr mirası qəbul etmirlərsə, o zaman miras dövlətə keçir və bu halda borcu dövlət ödəyir. Yəni, əgər ölənin evi var idisə, o öldüsə, evdə onun həyat yoldaşı, övladları və s. yaşayırlarsa və deyirlərsə ki, biz mirası qəbul etmirik, onda həmin ev keçəcək dövlətə, dövlət evi çıxaracaq satışa və borc verənin borcu veriləcək. Qısa desək - hər bir borc götürən əmlakı həddində məsuliyyət daşıyır. İstər sağ olsun, istər olmasın. O borc yalnız əmlakdan tutula bilər. Əmlak yoxdursa, tutula bilməz.

- Tarixi binalar borc qarşılığında girov qoyula bilərmi?

- Baxır tarixi bina nəyə deyilir. Əgər dövlət onu tarixi bina kimi tanıyıbsa və binanın sahibi də dövlətdirsə, onu girov qoymaq olmaz. Çünki o, daşınmaz əmlak reyestrindən keçməyəcək, heç bir notarius da həmin ipoteka müqaviləsini təsdiqləməyəcək. Burada bir əsas məqam da var: əgər bina tarixi binadırsa və vətəndaşa məxsusdursa, onda girov qoyula bilər. Yəni dövlət hansısa binanı tarixi bina elan etməklə demək istəyir ki, onun istifadəsi, istismarı zamanı ona hansısa dəyişikliklər etmək qadağandır, onun mülkiyyətçisinin kim olması isə dövlətə maraqlı deyil.

- Bankdan zaminsiz nə qədər kredit götürmək olar?

- Məsələyə qanunvericiliklə cavab versək, qanunda zamin olmalıdır kimi bir tələb yoxdur. İstənilən qədər və istənilən məbləğdə zaminsiz kreditlər götürmək olar. Mən Azərbaycanda elə kreditlər bilirəm ki, nəinki bir neçə min, nəinki bir neçə yüz min, hətta bir neçə milyon manatdır və onu götürənlərin heç bir zamini də yoxdur. Nəinki zamini yoxdur, hətta borcu götürənin heç nəyi də yoxdur - nə işi, nə əmlakı. Soruşan olsa, deyəcəklər, burada qanunsuz bir şey yoxdur, vətəndaş zaminsiz kredit götürə bilər. Bu yaxınlarda bir bankla bağlı da yazmışdım mən - heç bir gəliri olmayan adi vətəndaşa iki milyon yarım kredit vermişdilər, heç bir zaminsiz-filansız. Yəni belə şeylər var.

- Bu halda sual olunmurmu ki, əgər vətəndaşın qazancı yoxdursa, iki milyon yarım krediti necə vermisiniz?

- Əslində, Mərkəzi Bankın qaydaları tələb edir ki, kiməsə kredit verilirsə, onun gəlirini təsdiq edən bir işi olmalıdır. Amma o kredit verildisə, bu artıq kredit götürənin yox, ona kredit verən bankın Mərkəzi Bank qarşısında olan problemidir. Mərkəzi Bank həmin banka qarşı hansısa tədbirlər görə bilər - fəaliyyətini məhdudlaşdıra bilər, lisenziyasını əlindən ala bilər. Mərkəzi Bankın pulu alanla işi yoxdur. Pulu kim alıbsa, alıb artıq. Ondan o pulu geri tələb etmək də olmaz, o əsasla ki, onun heç bir yerdə gəliri yox idi. Bu onu göstərir ki, bank qeyri-sağlam kredit verir. Belə hallar, təəssüf ki, bank sistemində əvvəllər çox olub. Mərkəzi Bankın indiki rəhbərliyi çalışır ki, belə halların qarşısını alsın.

- Deyirlər, sələmçilik qara bazarın şah damarıdır. Düz deyirlər?

- Baxın, əsasən, kimlər gedirlər sələmçilərdən pul almağa? O kəslər ki, bankdan kredit götürə bilmirlər. Belə baxanda, bankın faizi daha ucuzdur, nəinki sələmçilərin. Deməli, çox ağır vəziyyətə düşən adamlar üz tuturlar sələmçilərə. Sələmçilərin fəaliyyəti haradan baxsaq, ağ fəaliyyət deyil. Vergi də vermirlər. Vergi orqanından bu gün gedib soruşsanız ki, sələmçilər vergi ödəyiblər? Cavab, yəqin ki, “yox, əlbəttə ki” olacaq.

Burada bir şeyi də qeyd edim, bəzi sələmçilər bağladıqları müqavilələrdə faizi göstərmirlər. Tutaq ki, siz sələmçidən 10 min manat pul istəyirsiniz. O, müqaviləyə 10 min manatı, tutaq ki, 30%-lə verdiyini yazmır. Yazır ki, bir il sonra sən mənə 15 min manat verəcəksən. Müqavilədə də 15 min kimi yazıldığı üçün sabah vergi orqanından kimsə gələndə deyirlər, “mən faizlə verməmişəm ki, vergi verim, mən ona 15 min vermişəm, o da o pulu qaytarır”. Əlbəttə ki, dövlət orqanları istəsələr, bu halları müəyyən edə bilərlər. Çünki adama sual verərlər ki, sənin heç bir qazancın yoxdursa, nə marağın var ki, birdən 10-15 nəfərə faizsiz pul verirsən?

- Sələm və lombard. Əsas fərqləri nədir bunların?

- Heç bir fərqi yoxdur. Yəni lombardlar da elə sələmçilərdir və lombardların, əslində, Azərbaycanda bugünkü fəaliyyəti tam qanunsuzdur. Çünki lombard mahiyyətcə öz pulunu kreditə verməlidir. Amma biz bu gün vergi orqanlarının saytına girsək, lombardların nizamnamə kapitalı, mən bir-bir baxmışam, ən çox halda 200 manat təşkil edir. Onun içində 10 manat olan da var, 50 manat olan da, 100 manat olan da və s. Onların verdiyi kredit isə ən azı min manatdır. Sual olunur: bəs onda haradan verirsən? Deməli, sən bunu kimdənsə borc götürmüsən. Öz pulun yoxdur axı. Deməli, qanunsuz bank fəaliyyəti göstərirsən - birindən alıb o birinə verirsən.

Lombardların fəaliyyəti biabırçılıqdır. Son beş-altı il ərzində lombardların fəaliyyətini tənzimləmək üçün qanun layihəsi hazırlanıb. Bu qanun layihəsi əvvəlcə kifayət qədər sərt idi. Çünki Mərkəzi Bankdan lisenziya alınmalı idi, üzərində nəzarət olmalı idi. Son layihə barədə aldığım məlumata görə isə, əvvəlki kimi sərt deyil. Yenə lisenziya olmayacaq. Onlara müəyyən nəzarət olacaq. Prinsipcə, onlara yenə də sərbəstlik verilir. Bu gün hələ ki bu barədə qanun olmadığı üçün istənilən şəxs gedib bu fəaliyyətlə məşğul ola bilər. Buna heç bir məhdudiyyət yoxdur.

- Müqayisə aparası olsaq, dünya praktikasında necədir sələm və lombard məsələsi?

- Əgər söhbət, tutaq ki, Avropa ölkələrindən, qərb ölkələrindən gedirsə, əlbəttə ki, lombardların fəaliyyəti üçün Mərkəzi Banklarından icazə tələb olunur. Ya da onların üzərində nəzarət var ki, sən ancaq öz pulunu kiməsə verə bilərsən, başqalarının pulunu götürüb borca verə bilməzsən. Deyim sizə, bizdə belə hallar da çoxdur. Misal üçün, Azərbaycanda lombardların “paytaxtı” Bakıdakı Pirallahı qəsəbəsidir. Təsəvvür edin, Pirallahıda lombardlar göbələk kimidir və onlar faktiki olaraq öz pullarını vermirlər. Aya üç-beş faiz olmaqla camaatdan faizə pul götürürlər və verirlər başqalarına. Məsələn: 2019-cu ildə bir nəfər camaatdan 10-15 milyon yığmışdı, vermişdi kreditə, sonra onu şərikləri aldatdılar. Sonda adam özünü öldürdü. İndiyə kimi də camaatın pulları qayıtmayıb. Mən özüm vəkil kimi o işlə məşğul olmuşam. İndiyə qədər heç kəsi də buna görə məsuliyyətə cəlb etməyiblər.

- Bu gün dünyada ən aktual mövzulardan biri də “çirkli” pulların yuyulması və yaxud leqallaşdırılmasıdır. Pullar necə “çirklənir” və necə “yuyulur”?

- Bunun, əslində, Azərbaycana aidiyyəti yoxdur. Niyəsini izah edim sizə. Ölkəmiz “çirkli” pulların yuyulmasına - qanunsuz pulların, yəni oğurluqla, korrupsiya ilə qazanılan vəsaitin əldə edilməsinə -qarşıdır. Əgər biz bu gün dünyanın aparıcı ölkələrinə, Avropaya getsək, nəsə almaq istəsək, deyək ki, ev almaq, avtomobil almaq, biznes almaq və s. - bizdən soruşacaqlar ki, bu pul səndə haradandır? Və biz o pulun haradan gəldiyini sübut edən mənbəyi göstərməliyik. Əks halda fikirləşəcəklər ki, qanunsuz yolla əldə olunub. Hətta həmin ölkələrdə bank hesabına pul qoyanda belə, bizdən o pulun mənbəyini mütləq soruşacaqlar. Əlbəttə ki, orada “babamdan qalıb”, “nənəmdən qalıb” kimi, istənilən cavabı vermək mümkün deyil. Çünki həmin ölkələrdə insanların gəlir bəyannaməsi var və hər il həmin bəyannaməni verirlər. Bu halda sən gəlib deyə bilmirsən ki, “babamdan qalıb”. Onda deyirlər, “bəs sən bunu heç vaxt bəyan etməmisən axı”. Ona görə də həmin ölkələrdə bəzi pullu insanlar müxtəlif yollarla qanunsuz əldə etdikləri pullara qanuni don geyindirməyə çalışırlar. Misal üçün: qanunsuz pullar qumarxanalarda, kazinolarda “yuyulur”. Gəlir bir nəfər, birdən-birə böyük bir məbləğ udur. Əslində, uduş deyilən o pul elə həmin insanın qanunsuz əldə etdiyi öz pulu idi, uduş şəklində qaytardılar özünə. Kazino sahibinə, məsələn, 15 milyon verir. Deyir, iki milyonu sizin, 13 milyonunu da guya mən uddum. Beləcə, qanunsuz pulunu qanuniləşdirmiş olur. Yəni pulun mənbəyi kimi uduşu göstərəcək.

Gələk Azərbaycana. Bizdə niyə yoxdur “çirkli” pul yumaq məsələsi? Çünki heç kimin gəlir bəyannaməsi yoxdur. Bizdə heç kəs əmlakını bəyan etməli deyil. Bizim 2005-ci ildə qəbul etdiyimiz qanunumuz var. Hər şey orada çox gözəl yazılıb. Bir məsələ var ki, Nazirlər Kabineti bu bəyannamənin formasını hazırlamalıdır, amma 19 ildir ki, belə bir forma yoxdur. Həmin bu gəlir bəyannaməsi olmadığı üçün haradasa yazılanda, yaxud deyiləndə ki, “kimlərsə Azərbaycanda “çirkli” pulların yuyulması ilə məşğuldurlar”, adama təəccüblü gəlir. Buna ehtiyac yoxdur axı. Bu dəqiqə biz istənilən məbləğdə pulla istənilən banka yaxınlaşsaq, heç kim bizdən soruşmayacaq ki, bu pul səndə haradandır, soruşsalar belə, istənilən cavabı vermək mümkündür. Məsələn, elə “babamdan qalıb, sonra?” Heç kim müəyyən edə bilməyəcək ki, mən düz deyirəm, ya səhv deyirəm. Çünki mənim gəlirlərim barədə heç bir bəyannamə yoxdur axı ortada. Buna görə də Azərbaycanda “çirkli” pulların yuyulması məsələsi aktual deyil.

- İddialar var ki, “TikTok” sosial platformasında çirkli pulların yuyulması prosesi gedir. Türkiyə mediasında da bu məsələ yer almışdı. Bu haqda hər hansı fikriniz varmı?

- Bizdə, bayaq da dediyim kimi, bu mümkün deyil. Çünki heç buna ehtiyac da yoxdur. Bizdə istənilən adam bu gün də gedib bank hesabına istədiyi məbləği qoya bilər - bir milyon da, beş milyon da. Soruşanda deyəcək ki, yığmışam, vəssalam.

Türkiyədə isə bunu etmək mümkün deyil. Ona görə də “çirkli” pulların yuyulması ola bilər. Çünki onlarda vətəndaşların gəlir bəyannaməsi var. Buna görə də kimlərsə həmin o bloqerlərdən öz məqsədləri üçün sui-istifadə edə bilər. Bizdə bloqerə nə ehtiyac var ki? Bir məsələni də demək istəyirəm. Son vaxtlar hamı elə bloqer deyir, amma götürək elə bizim şoumenləri və müğənniləri. Özləri çıxıb demirlər ki, yarım saat toyu 10 minə, 20 minə oxuyuram və ya aparıram? Vergi onlardan soruşurmu ki, niyə vergi vermirsən və ya nə qədər vergi verirsən? Can atdıqları Avropada və digər sivil ölkələrdə isə müğənni, ya şoumen özü maraqlı olur ki, aldığı pulun vergisini tam versin. Niyə? Çünki o pulu sabah aparıb bank hesabına qoya bilsin. Bizdə axı belə bir problem yoxdur. Müğənni vergi verməsə də, istədiyi qədər pulu aparıb rahatlıqla banka qoya da bilir, çıxara da. Sözüm odur ki, onların qazancı bloqerlərin qazancından qat-qat çoxdur. Belə halda biz deyək ki, onlar “çirkli” pul yumaqla məşğuldurlar? Yox, əlbəttə. Pullar, ümumi anlamda “çirkli” ola bilər, amma bizdə onların yuyulmasına ehtiyac yoxdur - bunu demək istəyirəm.

Oxşar xəbərlər
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi