Muxtar Babayev COP28-in prezidenti ilə görüşdü - FOTO
Cəmiyyət
2315
12 Feb 2024 | 15:55

Muxtar Babayev COP28-in prezidenti ilə görüşdü - FOTO

Azərbaycan ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev COP28-in prezidenti Sultan Əl-Cabirlə görüşüb.

Bu barədə COP28-in rəsmi “X” hesabında məlumat verilib.

Bildirilib ki, Dünya Hökumətləri Sammiti çərçivəsində keçirilən görüşdə tərəflər COP29-la bağlı əməkdaşlığı müzakirə ediblər.

Qeyd edək ki, Muxtar Babayev “Dayanıqlı maliyyələşmənin təşviqi vasitəsilə iqlim fəaliyyəti” mövzusu ilə bağlı panel müzakirədə iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdədir.

 

Link kopyalandı!
Son xəbərlər