Bakıda bu tarixdən hava kəskin soyuyur - Sulu qar yağacaq, şaxta olacaq
Cəmiyyət
2292
11 Feb 2024 | 20:09

Bakıda bu tarixdən hava kəskin soyuyur - Sulu qar yağacaq, şaxta olacaq

 
Fevralın 16-dan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək.
 
Moderator.az xəbər verir ki, fevralın 16-ı gecədən etibarən havanın temperaturu - 1 dərəcəyə düşəcək. Yağıntı olacaq. Bəzi yerlərdə sulu qara keçəcək.
 
Fevralın 17-si gündüz havanın temperaturu 0 dərəcə olacaq. Gecə isə 2 dərəcə şaxta olacaq. Fevralın 17-də sulu qar yağmağa davam edəcək.
 
Fevralın 18-si gündüz 2 dərəcə isti, gecə 1 dərəcə şaxta olacaq. Fevralın 18-i də paytaxtda sulu qar yağmağa davam edəcək.
Yalnız fevralın 19-dan etibarən yağıntı kəsiləcək.
 
Havanın temperaturu tədricən artacaq, gecələr + dərəcə temperatur olacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər