Müstəqil sığorta ekspertlərinin NƏZƏRİNƏ: Minimum tələblər təsdiqləndi
1809
07 Feb 2024 | 19:04

Müstəqil sığorta ekspertlərinin NƏZƏRİNƏ: Minimum tələblər təsdiqləndi

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum Tələblər”i təsdiq edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, müstəqil ekspertin sığorta hadisələrini qiymətləndirməsinə dair tələblər, müstəqil ekspert rəyinin məzmunu və forması, müstəqil ekspertlə bağlanılan xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqaviləyə dair tələblər, eləcə də müstəqil ekspertlərin hesabatlılığına dair tələblər müəyyənləşib.

Müstəqil ekspert fəaliyyəti ilə bağlı AMB-yə rüblük hesabatlar təqdim edəcək. Həm fiziki, həm də hüquqi şəxs müstəqil ekspertlərin hesabatları rüb başa çatdıqdan sonra 20 gün müddətində elektron imza ilə təsdiq edilərək təqdim olunacaq.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Link kopyalandı!
Son xəbərlər