13:07
8°C
Bakı
Bakının Xəzər rayonunda, Zirə bağlarında yaşayan sakinlər içməli su sarıdan əziyyət çəkirlər.
Bu barədə məlumat vətəndaşlar tərəfindən sosial şəbəkələrdə paylaşılıb. Belə ki, sakinlərin iddiasına görə, su borusunu əraziyə internet xətti çəkən şirkətin əməkdaşları qırıblar, daha sonra isə qırılan su borusunu tıxayıb, üstünü örtüb, gediblər. Sakinlər də günlərlə susuz qalıblar.
“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. A.Cəbrayıllı bildirib ki, sözügedən görüntüdəki su xətti qurum tərəfindən deyil, sakinlər tərəfindən çəkilib.