BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlandı - FOTO
1812
02 Feb 2024 | 18:18

BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlandı - FOTO

Bakı Dövlət Universitetində (BDU) 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Müsabiqə Komissiyasının qərarına əsasən, BDU-nun Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının müdiri Ələkbər Hüseynzadə təbiət və texnika elmləri üzrə, Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının III kurs doktorantı Hacı Qasımlı isə humanitar və ictimai elmlər üzrə ən yüksək nəticə göstərərək “İlin gənc alimi” seçiliblər.
 
BDU-nun yüksək elmi nəticələri ilə seçilən daha iki əməkdaşı - Nanomaterialların kimyəvi fizikası kafedrasının baş müəllimi Lalə Qəhrəmanlı və Pedaqogika kafedrasının laborantı Nərminə Mirzəliyeva həvəsləndirici hədiyyə ilə təltif olunub.
 
Qeyd edək ki, BDU artıq dörd ildir ki, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “İlin gənc alimi” müsabiqəsi elan edir. Müsabiqənin məqsədi BDU-nun yaşı 35-ə qədər, il ərzində aktiv fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olan magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər