Qeyri-sabit hava şəraiti tədris prosesinə təsir göstərməyib - RƏSMİ
1947
24 Jan 2024 | 14:50

Qeyri-sabit hava şəraiti tədris prosesinə təsir göstərməyib - RƏSMİ

Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq, təhsil müəssisələrində xüsusi hallar müşahidə edilməyib, tədris prosesi fasiləsiz davam etdirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
 
Qeyd olunub ki, hava şəraiti ilə əlaqədar paytaxtda və regionlarda ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb:
 
"Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, həmçinin təhsildə fasiləsizliyin təmin edilməsi diqqət mərkəzində saxlanılır".
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər