MSK sədri:
1813
24 Jan 2024 | 12:40

MSK sədri: "Seçki bülletenlərinin çapı bir həftəyə yekunlaşacaq"

Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapı bir həftəyə yekunlaşacaq.
 
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, mətbəədə iş normal şəkildə başlayıb:
 
"Hesab edirəm ki, proses bir həftəyə başa çatacaq. Paylanma işləri isə çap prosesinin bitməsini gözləmir. Kifayət qədər bülletenlər hazır olanda ilk növbədə Naxçıvan Muxtar Respublikası və sonra ucqar kəndlərdə yerləşən dairələrin nümayəndə heyəti gələrək rəsmi şəkildə təhvil alırlar və yerlərə çatdıracaqlar”.
 
Link kopyalandı!
Son xəbərlər