Almaniyada dəmiryolu işçiləri irimiqyaslı tətil keçirəcəklər
Cəmiyyət
2382
22 Jan 2024 | 11:25

Almaniyada dəmiryolu işçiləri irimiqyaslı tətil keçirəcəklər

Almaniya Qatar Maşinistləri Həmkarlar İttifaqının (GDL) çağırışı ilə ölkədə dəmiryolu işçilərinin irimiqyaslı tətili keçiriləcək.

Bu barədə qurumun məlumatında deyilir.

Bildirilib ki, buna səbəb GDL ilə “Deutsche Bahn” dəmir yolu konserni arasında fikir ayrılığı olub.

Qeyd edilib ki, etiraz aksiyaları yanvarın 23-ü saat 18:00-da başlamalıdır. Tətilin başa çatması yanvarın 29-u saat 18:00-a təyin edilib.

Link kopyalandı!
Son xəbərlər