Cəlilabadda gün ərzində 4 nəfər buzlu yolda yıxılaraq travma alıb
2455
16 Jan 2024 | 19:45

Cəlilabadda gün ərzində 4 nəfər buzlu yolda yıxılaraq travma alıb

Cəlilabad rayonunda gün ərzində 4 sakin buzlu yolda yıxılaraq travma alıb.

Hadisələr müxtəlif ünvanlarda qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Ə.Həşimova başın ənsə nahiyəsinin küt travması, 1965-ci il təvəllüdlü V.Tarverdiyeva sağ tərəfli mil tipik yerdəyişmiş sınığı, 1975-ci il təvəllüdlü A.İsgəndərov daban sümüyünün sınığı və 2005-ci il təvəllüdlü A.Əzizov sol əlin sınığı xəsarətləri ilə rayon xəstəxanasına müraciət ediblər.

Onların hər birinə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər