Nazir: “Azərbaycan 2028-ci ilədək enerji ehtiyaclarının 30 %-ini bərpa olunan mənbələrdən təmin edəcək”
Cəmiyyət
2262
16 Jan 2024 | 19:05

Nazir: “Azərbaycan 2028-ci ilədək enerji ehtiyaclarının 30 %-ini bərpa olunan mənbələrdən təmin edəcək”

Azərbaycan bərpa olunan mənbələrdən enerji ehtiyaclarının 30 %-ini təmin etmək məqsədinə 2028-ci ilə qədər çata bilər.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumunda “COP28 və qarşıdakı yol” adlı paneldə deyib.

“Azərbaycan 2030-cu ilə qədər enerji ehtiyaclarının 30 %-ni bərpa olunan mənbələrdən əldə etməyi qarşıya məqsəd qoyub. Bu məqsəd üzrə artıq xeyli irəlidəyik. Bu templə davam edərsək hədəfimizə daha tez – 2028-ci ilə qədər nail ola bilərik”, - deyə nazir qeyd edib.

Link kopyalandı!
Son xəbərlər