Azərbaycanda Arbitraj üzrə İkinci Beynəlxalq Yay Məktəbi keçiriləcək - FOTO
Cəmiyyət
2572
16 Jan 2024 | 14:10

Azərbaycanda Arbitraj üzrə İkinci Beynəlxalq Yay Məktəbi keçiriləcək - FOTO

İyun ayında Azərbaycanda Arbitraj üzrə İkinci Beynəlxalq Yay Məktəbi keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatından (TDT) bildirilib.

Qeyd olunub ki, yay məktəbi İbn Haldun Universiteti (Türkiyə), Bakı Dövlət Universiteti (Azərbaycan) və Türkiyə Arbitraj Akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Yay məktəbinin əsas məqsədlərindən biri arbitraj sahəsində bilik və bacarıqlar əldə etmək, həmçinin qarşılıqlı təcrübə mübadiləsidir.

İyunun 24-dən 28-dək keçiriləcək yay məktəbinə qeydiyyat başlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər