Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçki platformasını oxuculara təqdim edirik:
BÜTÖV AZƏRBAYCAN XALQ CƏBHƏSİ PARTİYASININ
SEÇKİ PLATFORMASININ ƏSAS İSTİQAMƏTLƏRİ
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) öz fəaliyyətində Azərbaycanın bütövlüyü, dövlət suverenliyi, fərdi azadlıq, parlament demokratiyası, qanunun aliliyi, vətəndaşların mülkiyyət hüquqlarının qorunması, ədalətli vergilərin tətbiqi, hakimiyyətin ümumxalq səsverməsi yolu ilə ötürülməsi, azad bazar iqtisadiyyatı, cəmiyyətin hüquqi-siyasi islahatlar yolu ilə irəli aparılması kimi demokratik təməl prinsipləri, eləcə də Azərbaycanda Qərb siyasi dəyərlərinin və hüquq sisteminin mənimsənilməsini əsas götürür və təşviq edir. BAXCP ekstrimizmin, separatizmin, terrorizmin, avtoritarizmin, irqçiliyin və ayrı-seçkiliyin bütün formalarını rədd edir, ədalətli və inkluziv cəmiyyət, hüquqi dövlət quruculuğunu və demokratiyanın inkişafını özünün başlıca hədəfləri sayır.
BAXCP prezident seçkilərində uğur qazanacağı təqdirdə aşagıda yer alan istiqamətlərdə islahatların aparılmasını vəd edir: