Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
1773
10 Jan 2024 | 10:32

Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Bakıda Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyənləşdirilən sürət həddinə əməl etmələri xahiş olunur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər