BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Həmrəylik Günü qeyd olunub - FOTO
2420
30 Dec 2023 | 12:01

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Həmrəylik Günü qeyd olunub - FOTO

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Əvvəlcə Dövlət himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
“Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının milli birliyimizin yaranmasında rolundan danışıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyada yaşayan 50 milyondan artıq azərbaycanlını birləşdirən tarixi gündür. Bu günün əhəmiyyəti ildən-ilə daha da artır. Liseyin direktoru Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini, bu mübarizədə birlik, həmrəylik nümayiş etdirdiyini qeyd edib.
 
Tədbir liseyin musiqi müəllimi Kəmalə Əliyevanın təşkilatçılığı ilə hazırlanan bədii hissə ilə davam edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər