Prezident İlham Əliyev Xocalı rayonunun Naxçıvanlı kəndində olub - FOTO
Cəmiyyət
1609
22 Dec 2023 | 16:51

Prezident İlham Əliyev Xocalı rayonunun Naxçıvanlı kəndində olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı kəndində olub.

Moderator.az xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.

Dağətəyi ərazidə yerləşən bu yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salıblar. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Naxçıvanlı kəndi separatçılardan təmizlənib.

 

Link kopyalandı!
Son xəbərlər