Rəşt - Astara dəmir yolu dəhlizinin inşasına başlanılacaq vaxt açıqlandı
2283
17 Dec 2023 | 15:38

Rəşt - Astara dəmir yolu dəhlizinin inşasına başlanılacaq vaxt açıqlandı

Azərbaycan və İran arasında Rəşt - Astara dəmir yolu dəhlizinin tikintisi ay yarımdan sonra başlayacaq.
 
Bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə məlumat verib.
 
“Əldə olunan razılığa əsasən, biz 2024-cü ilin əvvəlindən, təxminən ay yarımdan sonra bu layihənin icrasına başlayacağımıza ümid edirik”, - o bildirib.
 
Əfəndizadə onu da qeyd edib ki, Rəşt - Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İranda ən mühüm dəmir yolu layihəsidir.
 
Xatırladaq ki, sözügedən layihə Şimal - Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir.
Link kopyalandı!
Son xəbərlər