Piyada keçidlərindən istifadə etməyənlərlə bağlı tədbir görüldü - FOTO
Cəmiyyət
1936
07 Dec 2023 | 18:40

Piyada keçidlərindən istifadə etməyənlərlə bağlı tədbir görüldü - FOTO

Şəki və Balakəndə piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçiriblər.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Moderator.az-a verilən məlumata görə, yol polisi əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.
 
Həmçinin, piyada keçidlərində piyadalara yol verməyən sürücülər də aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunublar.
 
Piyada keçidlərindən istifadə etməyənlərlə bağlı tədbir görüldü - FOTOLARPiyada keçidlərindən istifadə etməyənlərlə bağlı tədbir görüldü - FOTOLAR
Link kopyalandı!
Son xəbərlər