![Sumqayıtda kanal daşıb, 10 minə yaxın sakinin yaşadığı ərazini su basıb](https://moderator.az/cphoto/670x420/2023/12/07/1701929535_s.jpg)
Sumqayıt şəhəri 76-cı məhəllənin 10 minə yaxın sakini hazırda çətin vəziyyətdə yaşayır. Məhəllədə yerləşən 100-dən çox ev su altında qalıb. Sakinlər aidiyyəti qurumlardan kömək istəyir.
Məsələ barədə bir qrup sakin “Report”un yerli bürosuna bildirib ki, bu vəziyyətə Acıdərə kanalının daşması səbəb olub. Kanalın suyu evlərə dolub. Hətta bəzi sakinlər məcbur olaraq məhəlləni tərk ediblər.
Yaşadığı mənzilin zirzəmisinə su dolan Rəhilə Məhərrəmova bildirib ki, bu ay ərzində kanal 3 dəfə daşıb və evlər bu vəziyyətə düşüb: "15 ildir burada yaşayıram. Heç vaxt belə hadisə olmazdı. Amma bu ay üçüncü dəfədir ki, kanal daşır. Bu evdə körpə uşaqlar böyüyür. Vəziyyətlə əlaqədar onları məktəbə də göndərmirik”.
Digər sakin Nazim İlyasov da evinin birinci mərtəbəsinin tamamilə su altında qaldığını deyib: "Əşyalarımız yararsız hala düşüb. Öz evim var. Amma məcburam ki, gedib kirayədə qalım".
"Aidiyyəti qurumlardan kömək gözləyirik. Vəziyyət acınacaqlıdır”, - bunu isə 10 ildən çoxdur 76-cı məhəllədə yaşayan Güllər Vəliyeva söyləyib.
Mövzu ilə bağlı "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı “Report”un yerli bürosuna açıqlamasında bildirib ki, Acıdərə kanalı sovet dövründən mövcud olub və sənaye sularının kənarlaşdırılması məqsədilə fəaliyyət göstərib. Sonradan kanal ətrafında evlərin tikilməsi, yeni massivlərin salınması kanala axıdılan tullantıların həcmini artırıb və bu da bəzi vaxtlarda, xüsusən də yağışlı günlərdə həmin ərazidə müəyyən problemlərin yaranmasına səbəb olur.
"Qeyd edim ki, həmin kanala "Azərsu" ASC tərəfindən xidmət göstərilmir. Yəni kanal bizim balansımızda deyil. Buna baxmayaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və vətəndaşların müraciəti əsasında hər hansı problem olanda biz də icra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə və əhaliyə dəstək olaraq ora texnika yönəldirik. Müəyyən texniki təmizləmə işləri həyata keçiririk”, - deyə A.Cəbrayıllı vurğulayıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev isə qeyd edib ki, Acıdərə kanalının şəhərin mərkəzindən keçən hissəsində işlər artıq yekunlaşıb. Kanalın qapalı sistemə salınması üçün beton kanalizasiya sistemi inşa edilib. Bu istiqamətdə işlərin aparılması, yəni açıq olan hissələrdə də boruya salınma işlərinin davam etdirilməsi nəzərdə tutulub.
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722070326_16.jpg)