BDU-nun Jurnalistika fakültəsində AzTV-nin baş redaktorunun müavini ilə görüş keçirilib - FOTO
1636
06 Dec 2023 | 19:38

BDU-nun Jurnalistika fakültəsində AzTV-nin baş redaktorunun müavini ilə görüş keçirilib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş redaktorunun müavini Ruslan Həsənovla görüş keçirilib.
 
BDU-dan Moderator.az-a bildirilib ki, Ruslan Həsənov "Müasir televiziya jurnalistlərindən tələb olunan bacarıqlar", "Xəbər süjetləri hazırlanarkən hansı nüanslara diqqət yetirmək lazımdır?", "Ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyası" mövzularında danışıb. Bildirib ki, müasir Azərbaycan teleməkanında ənənəvilik və müasirlik vəhdət təşkil edir, jurnalistlər bu balansı qorumağı bacarmalı, özlərini hərtərəfli inkişaf etdirməlidirlər. Jurnalistikanın əsasında duran məqamlardan biri də dəqiqlikdir. Jurnalistin işinə olan məsuliyyəti eyni zamanda onun təqdim etdiyi materialın dəqiqliyi ilə ölçülür.
 
İnteraktiv müzakirə formatında keçirilən görüşün sonunda Ruslan Həsənov tələbələri maraqlandıran sualları cavablandırıb.
Link kopyalandı!
Son xəbərlər