06:28
1°C
Bakı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda 17 nəqliyyat vasitəsi satılıb.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, “Hyundai Getz” markalı avtomobilin start qiyməti 1 530 manat olsa da, ən son təklif 10 000 manata yüksəlib. İlkin qiyməti 900 manat olan “Traktor MTZ” isə 6 000 manata özəlləşdirilib. Hərracdan dövlət büdcəsinə 92 074 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/36wUWg linki vasitəsilə tanış olmaq olar.
Növbəti hərraclar dekabrın 12-də, 19-da və 21-də keçiriləcək. Hərraclara 130 nəqliyyat vasitəsi çıxarılacaq. Bu əmlaklar arasında gəmi də var.