![Qərbi azərbaycanlıların geri qayıdışının təmin edilməsi mövzusunda beynəlxalq konfrans başa çatıb](https://moderator.az/cphoto/670x420/2023/12/05/1701788695_q.jpg)
“Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək, Qlobal kontekst və ədalətli həll” mövzusunda 2023-cü il dekabrın 5-də Bakı şəhərində öz işinə başlamış beynəlxalq konfransda panel müzakirələri keçirilib və işini yekunlaşdırıb.
Azərbaycanlıların Ermənistandan zorla köçürülməsi tarixi və miqyası” mövzusunda keçirilmiş paneldə çıxış edən Qərbi Azərbaycan İcması sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən İcmanın Qayıdış Konsepsiyasının mahiyyəti barədə konfrans iştirakçılarına məlumat verib. Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Ermənistandan zorla köçürülmüş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edərək, İcmanın sülhsevər yanaşmasını təqdir edib. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Nazim Mustafa, ADA Universitetinin əməkdaşı Maksim Quin, Türkiyənin Ankara Universitetinin professoru Yıldız Bozkuş, ABŞ-nin Şimali Karolina Universitetinin professoru Əli Əsgər Ermənistandan azərbaycanlıların qovulması mövzusu üzrə elmi məruzələrlə çıxış ediblər.
“Qayıdış hüququ və repatriasiya: Hüquqi və siyasi çərçivə” mövzusunda 2-ci paneldə çıxış edən Yunanıstanın Saloniki Universitetinin Hüquq Fakültəsinin dekanı Prof. Panayotis Qlavinis, İtaliyanın Peruca Universitetinin əməkdaşı Dr. Daniel Pomye Vinçelli, İtaliya İnsan Hüquqları Federasiyasının prezidenti Professor Antonio Stanqo, Tirana Jurnalistika peşəkarlığı Mərkəzinin icraçı direktoru Dr. Krisafi Ledion çıxışlarında dünyada köçkünlük problemi və qayıdış hüququ mövzularına toxunublar.
“Qayıdış hüququ, nailiyyətlər və praktikada çətinliklər” adlı sonuncu paneldə çıxış edən İndoneziya Üləma Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri Səfir Bunyan Saptomo, “Ortaq Gələcəyə Malik İcma” Pakistan Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Taymur Əkrəm, “Əlcəzair-2” Universitetinin professoru Çakib Benhafri, İordaniya Nazirlər Kabinetinin media müşaviri Mohammed Salah Al Malkavi, Rusiyanın "BRICS və Şanxay Əməkdaşlığı Təşkilatı" İnnovativ Diplomatiya Mərkəzinin baş direktoru Nina Ladıqina-Qlazunova, Macarıstanın Dövlət Qulluğu Universitetinin əməkdaşı Dr. Zoltan Eqeresi müxtəlif regional kontekstlərdə qaçqınlıq və məcburi köçkünlük və geri qayıtma halları barədə məruzələrlə çıxış etmişlər. Fransanın müstəmləkə dövründə Əlcəzairdə törətdiyi insanlıq əleyhinə cinayətlər və əhalinin məcburi köçürmə siyasəti barədə Prof. Çakib Benhafrinin çıxışı iştirakçılar arasında xüsusilə maraqla qarşılanıb.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri professor Misir Mərdanov yekun nitqi ilə çıxış etmişdir. Professor Mərdanov fəal iştiraklarına görə natiqlərə və iştirakçılara təşəkkür edib. Müşahidə Şurasının sədri bildirmişdir ki, konfransda aparılmış məzmunlu müzakirələr bu tədbiri geri qayıtmaq hüququ ilə bağlı dialoq üçün mühüm bir beynəlxalq formata çevirib. M. Mərdanov bu konfransın hər il keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib və konfransın davamını təşkil edən konkret fəaliyyətlərin, o cümlədən, konfrans materiallarının nəşrinin və bu mövzuda tədqiqatların dəstəklənməsinin planlaşdırıldığını bildirib.
M. Mərdanov bildirib ki, Ermənistandan didərgin salınmış azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi sülh və ədalətin bərqərar olması üçün mühüm şərtdir. O, qeyd edib ki, Ermənistan tərəfi etnik müxtəlifliyə və birgəyaşayışa əsaslanan sülhün alternativi olmadığını anlamalıdır.
Tədbir bununla başa çatıb. Konfransda Azərbaycandan və 30-dan çox xarici ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak edib.
![Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB](https://moderator.az/photo/213x120/2024/07/27/1722031902_c9d782bd-fca2-375b-bb80-7bcbd6848d40_850.jpg)
![Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ](https://moderator.az/photo/213x120/2024/07/27/1722032301_634058b7926fd202210224959.jpg)
![Kral III Çarlz Muxtar Babayevi qəbul edib](https://moderator.az/photo/213x120/2024/07/27/1722031387_bdd6236a-55dc-323a-a346-189fa43d0227_850.jpg)
![Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722026407_nh0augyfg4kwilalfnwldeatb3fjjxnt6djazalu_1200.webp)
![Akif Nağının imzaları təqdim olundu](https://moderator.az/photo/213x120/2024/07/27/1722025198_350978782_765918401875518_1222997874362918250_n.jpg)
![Qatardan qalan adam - Anarın yeni hekayəsi](https://moderator.az/photo/213x120/2024/07/26/1722023383_2.jpg)
![Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb](https://moderator.az/photo/213x120/2024/07/26/1722022677_66a3f6920b5c266a3f6920b5c3172202152266a3f6920b5c066a3f6920b5c1.jpg)
![Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO](https://moderator.az/photo/213x120/2024/07/26/1722022685_1.jpg)
![İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib](https://moderator.az/photo/213x120/2024/07/26/1722021579_268705_gvplqhuujd.jpg)
![Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?](https://moderator.az/photo/213x120/2024/07/26/1722020809_ukrayna-abs.jpg)
![Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı](https://moderator.az/photo/213x120/2024/07/26/1722020565_zeherli-madde.jpg)
![Əfşar Temuçin vəfat etdi - FOTO](https://moderator.az/photo/213x120/2024/07/26/1722020037_efsar-temucin.jpg)
![Ad günü məclisində qan düşdü](https://moderator.az/photo/213x120/2024/07/26/1722019641_nwjrhj0qq4fhzdvy4l4huzcsqp8sjjnbtqf2s2to_1200.webp)
![Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün](https://moderator.az/photo/213x120/2024/07/26/1722019591_photo_97099_08-12-2023_13-27-49jpg-1720840772_26-07-2024_17-06-40.jpg)
![Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!](https://moderator.az/photo/213x120/2024/07/26/1722019442_jiquli.jpeg)
![Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR](https://moderator.az/photo/213x120/2024/07/26/1722019194_repci-qeza-kecirdi.jpg)
![Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər](https://moderator.az/photo/213x120/2024/07/26/1722018434_qpdn8t4pchko5lnd7ai23bfznv5uuq7i3mviwuuf_1200-1.webp)
![](https://moderator.az/photo/213x120/2024/07/26/1722018560_komputer_notbuk_a3.jpg)
![Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə](https://moderator.az/photo/213x120/2024/07/26/1722018328_encir.jpg)
![Rusiya Yutubu bloklamaq qərarı verdi](https://moderator.az/photo/213x120/2024/07/26/1722016647_youtube.jpg)
![Ən bahalı hamburger: 9 min manata satılıb](https://moderator.az/photo/213x120/2024/07/26/1722016454_burger.jpg)
![Röya rəqsi ilə diqqət çəkdi – VİDEO](https://moderator.az/photo/213x120/2024/07/26/1722015771_rya.jpeg)
![Gün ərzində nə qədər şokalad yemək olar?](https://moderator.az/photo/213x120/2024/07/26/1722015372_sokolad.jpg)
![AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi](https://moderator.az/photo/213x120/2024/07/26/1722015138_ab.jpg)
![Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR](https://moderator.az/photo/213x120/2024/07/26/1722014711_1722012922_1504550.jpg)
![Hərbi Gürcüstan yolu selə görə bağlandı](https://moderator.az/photo/213x120/2024/07/26/1722014694_herb-gurcustan-yolu.jpg)
![IV qrupun lideri olan Nuray - FOTO](https://moderator.az/photo/213x120/2024/07/26/1722014441_1722013820_424510817_0_62_3071_1789_1920x0_80_0_0_003d2320352b9de786f114dd022d5dba-1.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/26/1722014203_peskov24389.jpg)
![Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub](https://moderator.az/photo/213x120/2024/07/26/1722014186_yagisli_hava_0582.jpg)
![Qəbul imtahanlarının nəticələri açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/26/1722013931_imtahan_1187974.jpg)