![Ekspert:](https://moderator.az/cphoto/670x420/2023/12/05/1701786384_c.jpg)
Azərbaycanda sadələşdirilmiş ekspertiza tariflərinin mövcud tariflərdən 20-29 % az müəyyən edilməsi təsərrüfat subyektlərinin adi ekspertizadan daha çox sadələşdirilmiş ekspertizaya üstünlük verməsini stimullaşdırır.
Bu barədə “Report”a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
"Sadələşdirilmiş ekspertiza xaricdə tanınmış dərmanlar üçündür"
O, qeyd edib ki, bu tip ekspertiza ölkəyə idxal olunmuş dərmanın keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir: “Dərman vasitələri haqqında" qanunun birinci maddəsinin 34-cü bəndində qeyd edilir ki, sadələşdirilmiş ekspertiza dərman vasitələrinin xarici qeydiyyatda tanınması və xarici qeydiyyatda tanınmış dərman vasitələrinin idxalına icazənin verilməsi məqsədilə edilən ekspertizadır. Sadə dildə desək, sadələşdirilmiş ekspertiza o dərmanlara tələb edilir ki, onlar artıq xaricdə tanınıb. Yəni artıq müəyyən ölkələrdə tanınmış dərmanlar sadələşdirilmiş ekspertiza vasitəsilə Azərbaycanda qeydiyyata alına bilər. Əgər beynəlxalq səviyyədə tanınan bir dərman Azərbaycana idxal olunursa, onun Azərbaycanda ekspertizası sadələşdirilmiş formada həyata keçirilə bilər. Çünki bu dərman beynəlxalq arenada qəbul edilib. Keyfiyyətsiz olsa idi, o, qəbul edilməzdi”.
"Beş ildə bir dəfə ekspertizanın aparılması qiymətlərə təsir etməyəcək"
E.Əmirov hesab edir ki, sadələşdirilmiş ekspertiza tariflərinin azaldılması, əvəzində adi ekspertiza tariflərinin artırılması dərmanların qiymətinə təsir etməyəcək: "Təsərrüfat subyektləri 99,9 % ehtimalla hansısa qiymət artımına getməyəcək. Çünki bunun heç bir iqtisadi əsası yoxdur. Ekspertiza beş ildə bir dəfə aparılır. Bir il ərzində isə pərakəndə ticarət şəbəkəsində apteklərdə əczaçılıq məhsulları və tibbi ləvazimatlara bir milyard manatdan artıq vəsait xərclənir. Statistikaya görə, bu ilin yanvar-oktyabr aylarında apteklərdə bir milyard 39 milyon manatlıq dərman vasitələri və tibbi ləvazimatlar satılıb. Hətta ötən il bundan da çox olub. Odur ki, bir dərmanın burada qeydiyyatı üçün tarifin azalması o dərmanın qiymətinin azalmasına imkan verməyəcək. Eyni zamanda tarifin artması qiymətin artmasına gətirməyəcək. Yəni beş il ərzində tarif dəyişkənliyi dərman qiymətlərinə təsir edəcək gücdə olmur”.
"Təsərrüfat subyektləri keyfiyyətli dərmanlar idxal edəcək"
Bundan başqa, onun sözlərinə görə, xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza üzrə müddətin 11 gün müəyyən edilməsi bu növ ekspertizaya yönəlik fəaliyyətin stimullaşdırılmasıdır: “Adi ekspertizanın müddəti 90 gündür, sadələşdirilmiş ekspertizanın isə müddəti 11 gündür. Belə olduqda ölkəyə dərman idxal edən təsərrüfat subyekti beynəlxalq aləmdə qeydiyyatda olan dərman vasitələrinin idxalına üstünlük verəcək. Çünki həmin dərmanlar idxal edilərkən 11 gün ərzində tanınacaq, tarifləri aşağı olacaq, təsərrüfat subyekti keyfiyyətli məhsul idxal edəcək və əhali belə dərmanları daha çox istehlak edəcək. Bütün hallarda bu prosesin dərman təchizatının yaxşılaşdırılmasına və əhalinin bu qəbildən olan məhsullarla keyfiyyətli formada təmin olunmasına hesablanmış addım olduğunu düşünürəm”.
![Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu:](https://moderator.az/photo/213x120/2024/07/27/1722081900_45.jpg)
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)