![“Təklif edirəm ki, iqtisadi rayonların bazasında 15 yeni region yaradılsın”- Qüdrət Həsənquliyev](https://moderator.az/cphoto/670x420/2023/12/05/1701778550_qudrethesenquliyev-1024x576.jpg)
“Ağdərə rayonunun yaradılması onunla əsaslandırılır ki, bu ərazilərdə idarəetmənin təkmilləşdirilməsi dövlət funksiyalarının həyata keçirilməsinin səmərələliləşdirilməsi, habelə gələcəkdə dövlət hakimiyyəti orqanlarının əhaliyə mümkün qədər yaxınlaşdırılması, əhalinin dövlət idarəçiliyinə əlçatanlığının daha səmərəli təşkili məqsədi daşıyır. Yəni, bu məqsədlə o rayon yaradılır”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında”, “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanunun layihələrinin müzakirəsi zamanı deyib. Millət vəkili əlavə edib ki, amma bu yaxınlaşma yalnız fiziki imkanlar kimi başa düşülməməlidir: “Çox təəssüf ki, Azərbaycanmda yerli dövlət hakimiyyətinin formalaşdırılmasında bizim vətəndaşlar iştirak etmirlər. Bələdiyyələr yerli özünüidarə orqanlarıdır. Özü də onların səlahiyyətləri olduqca kiçikdir, azdır. Ona görə mən əslində bu müzakirədən istifadə edərək nəyi təklif edirəm? Xalqımız həqiqətən də dövlət idarəetməsində islahatların aparılmasını zəruri hesab edir. Bu barədə insanlar hər məclisdə, imkan düşən hər yerdə danışırlar və bunu gözləyirlər. Cənab prezident də vaxtilə özünün səlahiyyətli nümayəndələrini təyin edəndə söyləmişdi ki, biz, gözləyirik ki, bu özünü doğruldacaqsa müəyyən islahatların aparılmasına ehtiyac olacaq. Ona görə də təklif edirəm ki, ümumiyyətlə Azərbaycanda iqtisadi rayonların bazasında 15 yeni region yaradılsın. Regionların məclisləri olsun. O cümlədən Naxçıvan Muxtar Respublikasının indiki Ali Məclisi də məclis adlandırılsın. Bu məclislər birbaşa xalq tərəfindən seçilsin və regionların rəhbərləri də həmin məclislərdə seçilsinlər. Yəni bu halda həqiqətən də insanların dövlət idarəetməsinə yaxınlaşmasının əlçatanlığı ola bilər. Yəni insanlar birbaşa yerlərdə özlərinin rəhbərlərini seçmiş olar. Hazırda çox təəssüf ki, müşahidə olunan ondan ibarətdir ki, Azərbaycanda bürokratik aparat bir siyasi qüvvəyə çevrilir. Nə qədər gec deyilsə, düşünürəm ki, bunun qarşısını almaq lazımdır. Bunun qarşısını almağın da yeganə yolu yerlərdə dövlət hakimiyyət orqanlarının seçkilər yolu ilə formalaşdırılmasıdır. Mən hesab edirəm ki, həm də ümumiyyətlə Azərbaycan Respublikası Milli Məclisinin də adının dəyişdirilməsinə ehtiyac var.
Azərbaycan Respublikasının Milli Məclisi Ali Məclis adlandırılmalıdır. Regionlar inzibati ərazi vahidləri olmalı və onların da məclisləri olmalıdır. Hər bir yaşayış məntəqəsinin isə özünün bələdiyyəsi olmalıdır. Regionlarda isə Azərbaycan Respublikası Prezidentinin konstitusiyaya nəzarət funksiyasını yerinə yetirən, qardaş Türkiyədə valilərin oynadığı funksiyanı, statusu daşıyan valilər, yaxud onun səlahiyyətli nümayəndələri təyin oluna bilər”.
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722070326_16.jpg)