Bizi sosial şəbəkələrdən izləyin:
Ötən gün TikTok-da Baboş adı ilə tanınmış Tiktoker istifadəçisi bir vəzifəli şəxsin ona Port Bakuda iki otaqlı mənzil hədiyyə etdiyini bildirmişdi. Onun bu paylaşımı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb oldu. Belə ki, sosial şəbəkə istifadəçilərinin gənclərə pis örnək oldqlarını və onların sosial şəbəkələrə çıxışının qadağaın edilməsi qeyd edildi.
Mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Moderator.az-a danışdı. Bildirdi ki, gələcəkdə Ağ Partiya olaraq parlamentdə təmsil olunarlarsa cinsi azlıqların LGBT-nin qanunlarını təbliğ və qadağan edəcək qanun layihəsindən çıxış edəcəklər:
"Əslində bu zərərli yaşam tərzinin təbliğ olunmasıdır. Bizim cəmiyyət mühafizəkar, ənənəvi ailə dəyərlərinə sadiq olan cəmiyyətdir. Biz yüz illərdir bu adət- ənənələrimizlə bugünə gəlib çıxmışıq. Sanki biriləri marağındadır ki, bu cinsi azlıqların əcaib yaşam tərzi olan, kişi kimi kişi, qadın kimi qadın olmayan insanlar tanıdılsın, efirləri, sosial medianı bəzəsin və bunları yaşam tərzi digərlərinə nümunə olsun. Sanki kimlərsə bizim yeniyetmələri təşfiq edir ki, siz də belə olun. Sizə də ev versinlər, maşın göndərsinlər, məşhur olun. Təəssüflə qeyd etməliyik ki, bunun qarşısını almaq üçün hər hansı qanunvericilikldə xüsusi bir qanun yoxdur. Gələcəkdə Ağ Partiya olaraq parlamentdə təmsil olunarıqsa cinsi azlıqların LGBT-nin qanunlarını təbliğ və qadağan edəcək qanun layihəsindən çıxış edəcəyik. Hələlik belə bir qanun yoxdur. Ona görə də hər kəs çıxır öz ağlına gələni təbliğ edir. Bu da cəmiyyətimizin deklorasiyasına gətirib çıxarır. Burda əsas odur ki, ictimai qınaq olsun. Belə insanların təbliğinin qarşısı alınsın, insanlar maarifləndirilsin. Belə insanları izləməsinlər ki, onlar da nümunə olmasın. Allah bizi bir kişi bir qadın olaraq yaradıb. Bunun əksini iddia etmək psixoloji problemin göstəricidir".