Xankəndidəki Qarabağ Universiteti Bakının tələbə yükünü azaldacaq - ŞƏRH + FOTO
Oxunub: 2056
02 Dec 2023 | 15:29
Xankəndidəki Qarabağ Universiteti Bakının tələbə yükünü azaldacaq - ŞƏRH + FOTO

Xankəndidə Qarabağ Universiteti yaradılacaq. Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

Bəs adı ilə düşmənə göz dağı olacaq ali təhsil müəssisəsi bizə nə qazandıracaq?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Kadr hazırlığı tələbata uyğun müəyyənləşdiriləcək

Təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, Qarabağ Universiteti mövcud baza əsasında inşa olunacaq:

“Universitetdə regionun sosial-iqtisadi ehtiyaclarına uyğun kadr hazırlığının planlaşdırıldığı sərəncamda da qeyd edilib. Düşünürəm ki, Qarabağda kənd təsərrüfatı, turizm, eyni, zamanda alternativ enerji, “smart city”, informasiya texnologiyaları (İT) sektorları üzrə peşəkar kadrların yetişdirilməsinə önəm veriləcək. Bu, həm regionun pedaqoji kadr ehtiyacının ödənməsinə, həm də kənd təsərrüfatı, eləcə də sənayenin inkişafına töhfə verəcək kadrların hazırlanmasına xidmət edəcək”.

Təhsil eksperti bildirib ki, işğaldan azad edilən ərazilərin inkişafı, bərpası ilə əlaqəli müxtəlif dövlət proqramları həyata keçirilir:

“Onlar içərisində təhsil sahəsində gerçəkləşdirilən layihələr də çox önəmlidir. Təhsilin inkişafı strategiyası çərçivəsində yaxın illərdə işğaldan azad edilən ərazilərdə yeni üç ali təhsil müəssisəsinin inşası gözlənilir. Bu sərəncam həmin layihənin ilk addımıdır. Böyük ehtimalla Şuşada, eləcə də Ağdamda da ali təhsil müəssisələri açılacaq. Qarabağda inşa ediləcək ali təhsil ocaqları da tarixi universitet ənənələri üzərindən formalaşacaq”.

Xankəndiyə qayıdış başlayır

Millət vəkili Aqil Abbas deyir ki, Qarabağ Universitetində təxminən 5-10 min tələbə təhsil alacaq:

“Bu tələbələrə dərs demək üçün yüzlərlə müəllimə də ehtiyac olacaq. Bu layihənin icrası Xankəndiyə yeni ruh qatacaq. Gənc nəslin oraya axını, ailələrin Xankəndiyə köçürülməsi oradakı həyatı daha da rəngarəng edəcək. Qarabağda universitetin fəaliyyətə başlaması Bakının tələbə yükünü də azaltmış olacaq. Tələbələrin bu universitetə üstünlük verməsi də vacibdir. Hətta Ağdamda da bir neçə ali təhsil müəssisəsinin açılışı gözlənilir”.

Millət vəkili bildirir ki, 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə Xankəndi yenidən azərbaycanlaşmağa başlayıb. Həmin vaxt orada Pedaqoji İnstitutun filialı yaradılıb, 100-dən çox müəllim ailəsi ilə oraya köçürülüb. İnstitutda ermənilərin cəmi bir fakültəsi olub, texniki işçiyə qədər qalan bütün heyət azərbaycanlılardan təşkil edilib:

“Fabrik və zavodlar inşa edildi. Ermənilərin bu zavodları işlətməyə gücü çatmadı. Ona görə də yenə yaxın kəndlərdə yaşayan azərbaycanlılar bu fabrik və zavodlarda işə cəlb edildilər. Onlar üçün də Heydər Əliyev böyük bir mikrorayon tikdirdi, məktəblər açdırdı. Beləliklə, Xankəndidə təxminən 15 min azərbaycanlı məskunlaşdı. Xankəndidə hamı Azərbaycan dilində danışırdı. Bu gün də ulu öndərin siyasi varisi İlham Əliyev atasının yolunu davam etdirdi. Qarabağa qayıdışımız yenə təhsil ilə başlayır. Bir xalqın gələcəyi savadlı gənclikdir. Gənclik olan yerdə həyat var, musiqi var, mədəniyyət var, sevgi var”.

Əcnəbi tələbələr də təhsil alacaqlar

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc bildirib ki, ölkə başçısının imzaladığı sərəncam 30 ildən artıq düşmən işğalında qalan və nəhayət azad edilən Qarabağımızın inkişafına təkan verəcək:

“Bu sərəncamın icrası işğaldan azad edilən ərazilərin Azərbaycana reinteqrasiyası üçün yaxşı şərait yaradacaq. Ümummilli lider Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə Qarabağda Azərbaycan Pedaqoji Universitetinin filialı açılmışdı. Həmin bazada artıq yeni universitet yaradılır. Bu universitet beynəlxalq standartlara cavab verən müasir ali təhsil müəssisəsi olacaq. Düşünürəm ki, Qarabağ Universiteti ölkə üzrə fəaliyyət göstərən ali təhsil ocaqları içərisində pilot layihə olacaq. Digər universitetlərdən fərqli olaraq, bu universitetin yaradılmasında kampusların, universitet şəhərciyinin, o cümlədən tədris bazasının publik şəxs kimi formalaşdırılması bunu deməyə əsas verir ki, layihə özlüyündə ən müasir texnologiyaları ehtiva edəcək. Qarabağ Universiteti gələcəkdə tək yerli tələbələrin deyil, əcnəbi tələbələrin də təhsil ala biləcəyi təhsil müəssisəsinə çevriləcək”.

Əhali bu bölgəyə istiqamətlənəcək

Ekspert onu da qeyd edib ki, Qarabağ Universiteti həm də Xankəndidə əhalinin sıx yaşamasına təkan verəcək:

“Təhsil müəssisələri olan ərazilərdə əhalinin sıxlığı heç kimə sirr deyil. Bu cür infrastrukturun qurulması, təhsil müəssisələrinin, inzibati idarələrin, qurumların yaradılması əhalinin bu bölgəyə istiqamətlənməsinə gətirib çıxaracaq”.

V.Oruc universitetin açılmasının burada yeni iş yerlərinin formalaşmasına da təsir edəcəyini deyib:

“Universitetin açılması bu ərazilərdə vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə də xidmət edəcək. Bu, yüzlərlə yeni iş yeri deməkdir”.

Möhtəşəm dönüş

Xalq artisti Mənsum İbrahimov isə düşünür ki, Azərbaycan bayrağının Xankəndidə dalğalanması qürurvericidir:

“Qarabağda Azərbaycan ordusunun zəfər paradı keçirildi, mədəniyyətimizin təbliğinə xidmət edən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı gerçəkləşdirildi. Bu gün də təhsil sahəsində Qarabağ Universitetinin inşası ilə bağlı ölkə başçısının qərarını alqışlayıram. Bütün bunlar onu deməyə əsas verir ki, Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır. Əbədi-əzəli torpaqlarımıza təhsil ilə qayıtmağımız çox möhtəşəmdir. Növbəti ildən gənclərimizin Qarabağımızda təhsil almasını diləyirəm”.  

Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
26 Jul 2024 | 10:51
Azərbaycanda dəhşətli mənzərə – Minlərlə balıq məhv oldu
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
26 Jul 2024 | 10:51
Azərbaycanda dəhşətli mənzərə – Minlərlə balıq məhv oldu