Dekabr ayı üçün ulduz falı
2223
02 Dec 2023 | 12:10

Dekabr ayı üçün ulduz falı

Hansı gününüz uğurlu olacaq?
 
Astroloqlar dekabr ayında hər bürc üçün xoşbəxt günlərin ulduz falını tərtib edib. Mütəxəssislər vacib planları düşünərkən səma tranzitlərinin hərəkətini nəzərə almağı məsləhət görür.
 
Moderator.az xəbər verir ki, bu barədə "Astrotalk" nəşri yazıb. Məlumatı "cursorinfo.co.il" nəşri yayıb.
 
Qoç
 
Dekabr dolğun ay olacaq. Siz ilə işdə yekun vuracaqsınız. Hakim planetimiz olan Mars ən əlverişli günün dekabrın 5-i olacağını deyir. Bu məqamdan istifadə edib öz niyyətlərinizi gerçəkləşdirə, şəxsi və peşə fəaliyyətinizdə xeyli uğurlar əldə edə biləcəksiniz.
 
Buğa
 
Dekabr maliyyə gəliri və gözlənilməz mükafatlar gətirəcək. Yeni planlar, danışıqlar və investisiyalar üçün ən əlverişli gün dekabrın 11-dir. Venera sizə zəngin olmaqda uğur bəxş edəcək. Risk etsəniz, gözlənilməz gəlirlər əldə edəcəksiniz.
 
Əkizlər
 
Danışıqlar, görüşlər, yeni tanışlıqlar və bütövlükdə ünsiyyət sahəsi dekabrda sizə uğur gətirəcək. Bütün  mühüm işgüzar məsələləri dekabrın 15-də həll etmək daha yaxşıdır. Merkuri sizin natiqlik və insanları inandırmaq qabiliyyətinizi gücləndirəcək. İnamlı olun və siz asanlıqla sosial və peşəkarlıq vəziyyətlərində səmtinizi müəyyən edəcəksiniz.
 
Xərçəng
 
Dekabr sizə münasibətlərdə gözlənilməz, amma müsbət dönüş gətirəcək. Ay emosional əlaqələrinizi gücləndirəcək. Yaxınlarınızla münasibətləri möhkəmləndirin və bayram mövsümünün hərarətini hiss edin.
 
Şir 
 
Hakim planetiniz olan Günəş şəxsi inkişaf imkanlarını işıqlandırır. Dekabr çox məhsuldar olacaq. Siz işdə parlayacaq və şöhrət qazanacaqsınız. Diqqət mərkəzində olaraq intuisiyanızı dinləyin və öz xarizmanızla uğura aparan yolu müəyyən edin. Ən əlverişli gününüz dekabrın 25-dir.
 
Qız
 
Detallara diqqət yetirin və siz gizli imkanları aşkar edə bilərsiniz. Özünüzün analitik imkanlarınıza etibar edin və siz asanlıqla çətinliklərin öhdəsindən gələ biləcəksiniz. Ən əlverişli gün dekabrın 8-dir.
 
Tərəzi
 
Dekabr arzuolunan harmoniya gətirəcək. Siz nəhayət balansı tapıb və bayram mövsümündən zövq alacaqsınız. Venera sizin ecazkarlığınızı gücləndirəcək və diplomatik vərdişlərinizi vurğulayacaq. "Ulduz gününüz" dekabrın 17-dir. Bu gündən istifadə edərək münasibətlərinizi nizama salın və işdə özünüzü ifadə edin.
 
Əqrəb
 
Dekabrın 14-ü siz yaradıcılıq sahəsində parlayacaqsınız. Hakim planetiniz Pluton sizi ilhama gətirəcək. Öz yaradıcı enerjinizi maraqlı kreativ layihələrə yönəldin və başladığınız işlərin uğurlu olduğunu müşahidə edin.
 
Oxatan
 
Hakim planetiniz olan Yupiter yeni başladığınız işlərdə sizə uğur bəxş edəcək. Öz ideyalarınızı açıqlayın və ən riskli layihələrinizi həyata keçirin. Yeni imkanlardan istifadə edin və ufüqləri genişləndirin. Ən əlverişli gün dekabrın 9-dur.
 
Oğlaq
 
Hakim planetiniz olan Saturn sizə uğur qazanmağa kömək edəcək. Dekabr sizin üçün ambisiyalı aydır. Başqaları bayrama hazırlaşarkən siz öz ambisiyalarınızın təsirinə düşəcək və öz işlərinizi həll edəcəksiniz. Öz məqsədlərinizə doğru düşünülmüş addımlar atın və uğur qazanacaqsınız. Ən əlverişli gününüz dekabrın 23-dür.
 
Dolça
 
Hakim planetiniz Uran sizə yaradıcılıq gətirəcək. İlhamınızı görməzdən gəlməyin, öz istedadınızı yerə vurmayın. Öz unikal ideyalarınızı qəbul edin və dünyaya öz orijinallığınızı göstərin. Novator ideyaları bütün ay ərzində həyata keçirmək üçün, xüsusilə dekabrın 12-də əlverişli olacaq.
 
Balıqlar
 
Çox intuitiv bürcdür. Öz hisslərinizə etibar edin, siz düzgün qərarlar qəbul edəcəksiniz. Hakim planetiniz Neptun sizin qabiliyyətinizi yaxşılaşdıracaq. Ən əlverişli gün dekabrın 18-dir.
Link kopyalandı!
Son xəbərlər