Bakı və Abşeronda daha iki qanunsuz tikili sökülüb - VİDEO
Cəmiyyət
2067
02 Dec 2023 | 12:07

Bakı və Abşeronda daha iki qanunsuz tikili sökülüb - VİDEO

Bakı və Abşeronda daha iki qanunsuz tikili sökülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bakı şəhərinin Nəsimi rayonu və Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.

Link kopyalandı!
Son xəbərlər