Bakıda ictimai iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb
Cəmiyyət
1918
01 Dec 2023 | 19:07

Bakıda ictimai iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb

Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən, Babışov Elməddin Rəhim oğluna məxsus “Kənd Evi” İctimai iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb.

Bu barədə  Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən (AQTA) məlumat verilib.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.

Link kopyalandı!
Son xəbərlər