![Mingəçevirdə](https://moderator.az/cphoto/670x420/2023/12/01/1701443327_dc917926-9af9-3214-ad9c-34cfeaef6188_850.jpg)
Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Mingəçevir şəhərində "Audiovizual mediada ictimai maraqların qorunması" mövzusunda dəyirmi masa keçirilib.
Görüşdə Audiovizual Şuranın, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Medianın İnkişafı Agentliyinin nümayəndələri, bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri, həmçinin regional audiovizual media subyektlərinin məsul şəxsləri iştirak ediblər. Görüşün təşkil olunmasında məqsəd audiovizual yayımda qanunvericiliyin tələblərinə riayət olunması, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində regional yayımçıları maarifləndirmək, bununla da audiovizual mediada ictimai maraqların qorunması işinə töhfə verməkdir.
Dəyirmi masa iştirakçılarını salamlayan Audiovizual Şura sədrinin köməkçisi Haşim Əliməmmədzadə regional medianın inkişafının vacibliyindən, regional yayımçıların öz fəaliyyətlərində ictimai maraqların qorunması məsələsini diqqətdə saxlamasının əhəmiyyətindən, bu məqsədlə Audiovizual Şuranın həyata keçirdiyi fəaliyyətdən danışıb.
Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Azər Hüseynov hər bir sahədə olduğu kimi, audiovizual media sahəsində də maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb, Mingəçevirdə belə tədbirin keçirilməsinə görə Audiovizual Şuraya təşəkkür edib.
Daha sonra Audiovizual Şuranın hüquq xidmətinin əməkdaşları Ayxan Sadıqlı və Kamran Əliyev "Audiovizual mediada ictimai maraqların qorunması" mövzusunda maarifləndirici təqdimatla çıxış ediblər.
Medianın İnkişafı Agentliyinin nümayəndəsi Səbinə Seyidova audiovizual mediada ictimai maraqların qorunması sahəsində əsas diqqətin dezinformasiya ilə mübarizəyə yönəldilməsinin vacibliyini vurğulayıb, media subyektlərinin sağlam mühitdə fəaliyyətinin təmin olunmasının zəruriliyini qeyd edib.
QHT nümayəndələri mediada ictimai maraqlar, uşaq hüquqlarının müdafiəsi və digər sosial-ictimai əhəmiyyət kəsb edən mövzulara toxunublar.
Görüşdə iştirak edən regional televiziya və radio yayımçılarının nümayəndələri bu sahədə qarşılaşdıqları çətinliklərdən danışıb, media savadlılığının və bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar. Qarşılıqlı fikir mübadiləsi və müzakirə formatında keçən görüşün sonunda Audiovizual Şuranın nümayəndələri yayım zamanı ictimai maraqların qorunması və qanunvericiliyə əməl olunması istiqamətində yayımçıları maraqlandıran sualları cavablandırıblar.
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722070326_16.jpg)