“AzərEnerji”: Zəlzələ olan ərazilərdə heç bir problem qeydə alınmayıb
2192
29 Nov 2023 | 23:01

“AzərEnerji”: Zəlzələ olan ərazilərdə heç bir problem qeydə alınmayıb

Bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4,5 gücündə qeydə alınan zəlzələdən sonra “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən bu şəhərdə yerləşən istilik elektrik stansiyası, su elektrik stansiyası və yarımstansiyalara baxış keçirilib.

Bu barədə  "AzərEnerji" ASC-nin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, bu ərazilərdə heç bir problem qeydə alınmayıb.

Link kopyalandı!
Son xəbərlər