![“Nikosayağı” bəraət ala bilər? - Hüquqşünas RƏYİ + FOTO/VİDEO](https://moderator.az/cphoto/670x420/2023/11/29/1701275054_m.jpg)
“Baş verən hadisə ağır cinayətlər kateqoriyasındandır. Şəxsə, əsasən, azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.
Bu sözləri Oxu.Az-a açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin ağır qəza törətdikdən sonra hansı cinayət məsuliyyətinə cəlb olunacağı ilə bağlı danışarkən deyib.
Hüquqşünas ekspertiza rəyinin vacibliyini qeyd edib:
“Hadisə ilə bağlı zəruri olaraq istintaq tədbirləri davam edir. İstintaq tədbirləri başa çatandan sonra iş məhkəməyə göndəriləcək. Çox güman ki, ekspertizalarla bağlı yubanma var. Ekspertizaların təyin olunması vaxt alan bir məsələdir. Ola bilər ki, işə yenidən baxılsın. Təkrar ekspertizalar təyin edilsin. Əvvəlcədən fikir söyləmək də düzgün olmaz”.
Ə.Nuriyev istintaq müddəti ilə bağlı gecikmələrin olmadığını dilə gətirib:
“Hər bir cinayət işinin istintaq müddəti də qanunvericilik tərəfindən təyin edilir. Orada müddətlərlə bağlı gecikmələr olmur. İstintaq müddəti aşılmayıb. Hadisədə ölüm halı var. Bütün bunlarla bağlı ekspertiza rəyi vacibdir. Hadisənin baş verməsində adıçəkilən şəxs ağır vəziyyətdə idi. Xəstəxanada olduğu müddətdə ifadə verə bilməzdi. İfadələrin alınması da vaxt aparıb. Hadisədən dörd aya yaxın vaxt keçib. Bu səbəblərə görə istintaq hələ yubana bilər. Cinayət Məcəlləsinin 263.1 və 263.2 maddələrinin əlamətləri görünür.
Şəxsin içkili olub-olmaması da sual altındadır. 263.1 maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə var. Əlavə olaraq, şəxs sürücülük hüququndan da məhrum edilməlidir. Günahkarın kim olduğunu istintaq müəyyənləşdirə bilər. Məhkəmə də qərar verəcəkdir”.
Əliməmməd Nuriyev əlavə edib ki, ölən şəxsin yaxınlarının şikayətçi olmaması da şəxsə cəza təyin edilərkən nəzərə alınan mühüm amildir:
“Şəxsə bəraət də verilə bilər. Ölən şəxsin ailəsinin şikayətçi olmaması cəza təyin edilərkən nəzərə alınan mühüm faktordur. Cəza daha yüngül ola bilər. İstintaq müddətində şəxs ölkədən çıxa bilməz. Yəqin ki, şəxsin başqa yerə getməməsi təyin olunub. Onu ya həbs, ya digər cəza gözləyir. Həbsin yox, digər cəzanın seçiləcəyi görünür”.
Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli avqustun 15-də Bakıda qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.
Nicat Şakirli sentyabrın 10-da xəstəxanadan evə buraxılıb. Onun barəsində istintaq tədbirləri davam edir.
![Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu:](https://moderator.az/photo/213x120/2024/07/27/1722081900_45.jpg)
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)