22:52
14°C
Bakı
"Son 32 ildə Azərbaycanda 3 460 nəfər mina qurbanı olub. Onlardan 357-si uşaq, 38-i isə qadındır".
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, BMT-nin sonuncu bəyannaməsində minatəmizləmə ilə bağlı konkret qətiyyətli addımlar göstərilib: "Minalar və digər partlayıcı maddələr 60 ölkədə insanların həyatı üçün təhlükə törətməkdədir".