Samiq Sadıxov: “Əvvəllər həkimlər Naxçıvandan Bakıya gedirdilərsə, artıq geri qayıdırlar”
Cəmiyyət
2069
21 Nov 2023 | 19:15

Samiq Sadıxov: “Əvvəllər həkimlər Naxçıvandan Bakıya gedirdilərsə, artıq geri qayıdırlar”

“Əvvəllər həkimlər Naxçıvandan Bakıya gedirdilərsə, artıq Naxçıvana geri qayıdırlar. Hazırda Naxçıvanda 400-ə yaxın vakant həkim yeri var. Ən çox ehtiyac ailə həkimlərinədir”.

Bunu Muxtar Respublikanın səhiyyə nazirinin vəzifəsini icra edən Samiq Sadıxov media nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, hazırda bu vakant yerlərin doldurulması üçün iş aparılır: “Bu il Bakıda rezidentura təhsilini bitirəcək həkimlərimizlə görüşlərimiz olub. Bu ilin sonu - noyabr ayında onlar imtahan verəcəklər. Düşünürük ki, kifayət qədər böyük həkim kollektivi Naxçıvanın səhiyyə müəssisələrində işlə təmin olunacaq. Əvvəllər həkimlər Naxçıvandan Bakıya gedirdilərsə, artıq Naxçıvana geri qayıdırlar”.

S.Sadıxov əlavə edib ki, Muxtar Respublikada həkimlərdən fərqli olaraq ehtiyacdan artıq tibb bacısı var.

O qeyd edib ki, son 7 ayda 30-a yaxın həkim işə cəlb olunub və onların çoxu ümumiyyətlə naxçıvanlı deyil: "Həmin həkimlərin bir çoxu məhz Türkiyədə çalışan kadrlarımız və ölkəmizin digər ərazilərdə fəaliyyət göstərən mütəxəssislər olub. Bu da Naxçıvanda səhiyyə sisteminin, tibbi xidmətin keyfiyyətinə, inkişafına təsir edən amillərdir".

Link kopyalandı!
Son xəbərlər