35 illik “tənəffüs” bitir: Xankəndi müəlliminə artıq zəng gəlib - MÜSAHİBƏ + FOTO
Cəmiyyət
Oxunub: 1676
21 Nov 2023 | 15:36
35 illik “tənəffüs” bitir: Xankəndi müəlliminə artıq zəng gəlib - MÜSAHİBƏ + FOTO

Ermənilərin azərbaycanlılara qarşı etdiyi vəhşiliklər təkcə tarixin səhifələrində deyil, illərlə baxımsız, kimsəsiz qalan mədəni-maarif ocaqlarının divarlarında da həkk olunub. Bunlardan biri də 1988-ci il hadisələri başlayanda erməni müəllim, professor və tələbə heyətinin azərbaycanlı təhsil işçiləri, məktəbli və tələbələrinə qarşı işgəncəsinə, vandalizminə şahid olan Xankəndi Pedaqoji İnstitutudur.

Arayış:

Xankəndi Pedaqoji İnstitutu 1969-cu ildə Azərbaycan SSR-in Xankəndi şəhərində yaradılıb. Əvvəlcə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərib. 1973-cü ildə müstəqil ali məktəbə çevrilib. İnstitutda Azərbaycan, erməni və rus dili şöbələrində müəllim kadrları hazırlanıb.

1988-ci ildə Qarabağda baş verən erməni qiyamı zamanı institutun Azərbaycan şöbəsinin müəllim və tələbələri 1988-ci il may ayının 16-da Şuşa şəhərinə sığınmağa məcbur olublar. Bir müddət sonra 100 nəfərlik professor-müəllim kollektivi və 1200 tələbə Gəncə Pedaqoji İnstitutuna köçürülüb. Amma bir ilə yaxın Gəncədə fəaliyyət göstərən pedaqoji kollektivin təkidli tələbi ilə şöbənin Şuşaya köçürülməsi qərara alınıb. 1989-cu il oktyabrın 25-də pedaqoji kollektiv Şuşaya köçürülüb.

Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin 1 noyabr 1989-cu il tarixli əmrinə əsasən, Şuşada Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin əsasında Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPİ) Şuşa fakültəsi yaradılıb. 22 fevral 1991-ci ildə fakültənin ADPU-nun Şuşa filialına çevrilməsi ilə bağlı qərar qəbul edilib.

1992-ci ilin mart ayının 25-də filialın kollektivi müvəqqəti olaraq Ağcabədi şəhərinə köçürülüb. Daha sonra ADPU-nun Şuşa filialı 2000-ci ildə ləğv edilib və onun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı yaradılıb.

2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun ADPU-ya birləşməsi və onun filiallarının bu universitetin strukturuna çevrilməsi nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan əsas ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilib. Ağcabədi filialı yenidən ADPU-ya verilib və hazırda da filial fəaliyyətini davam etdirir.

Sentyabrın 19-da başlayan və 23 saat davam edən lokal antiterror tədbirləri zamanı Xankəndi və Qarabağın digər əraziləri qanunsuz silahlı erməni birləşmələrindən təmizləndi. Qarabağ ərazisində Azərbaycanın suverenliyinin tam təmin edilməsilə bu torpaqlara yeni nəfəs gəldi.

AzVision.az bir zamanlar Xankəndi Pedaqoji İnstitutunda müəllim, daha sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPİ) Şuşa filialının direktoru işləmiş Mail Alıcanovla həmsöhbət olub. Hazırda 85 yaşı olan M.Alıcanov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının kafedra müdiri vəzifəsində çalışır.

O, 1979-cu ilin sentyabrın 1-dən Xankəndi Pedaqoji İnstitutunda baş müəllim kimi fəaliyyətə başlayıb. İnstitutda ictimai vəzifələrdə işləyib, partiya komitəsinin katibi, xalq nəzarətinin sədri olub. Eyni zamanda ümumi tarixi kafedrasının dosenti, daha sonra müdiri vəzifəsində çalışıb.

- Xankəndi Pedaqoji İnstutunda tədris 3 dildə aparıldığı üçün azərbaycanlı tələbələr ermənilərlə bir yerdə təhsil alırdılar. O zaman beynəlmiləlçilik, qardaşlıq, xalqların dostluğu hökm sürürdü. Lakin 1988-ci ilin oktyabrın 18-də keçmiş Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrə görə SSRİ Nazirlər Kabinetinin qərarı ilə İnstitutda Azərbaycan bölməsi bağlandı. Biz o zaman Şuşaya sığındıq və orada qalmaq istəyirdik, lakin bizi Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna köçürdülər.

Xankəndi Dövlət İnstitutunda dövlət imtahanı, 1981-ci il 31 may

- Bu hadisələr barədə bir qədər ətraflı danışa bilərsiniz?

- Bizi və tələbələri hadisələrdən uzaq saxlamaq üçün Ağdamda o vaxt sosialist əməyi qəhrəmanı olan Xuraman xanımın alma bağına yığıma göndərmişdilər. 1988-ci ilin yay imtahan sessiyasını Şuşada keçirəndən sonra Xankəndiyə qayıtmaq istəsək də, qoymadılar. Dedilər ki, ya Naxçıvana, ya da Gəncəyə getməlisiniz. O zaman Naxçıvanda da vəziyyət ağır idi, blokada yaradılmışdı. Biz Gəncəyə getdik. Gəncədə bir il işləyəndən sonra eşitdik ki, erməni sektoru Xankəndidə fəaliyyətini davam etdirir. Pedaqoji kollektivimiz - fəal müəllimlərdən dosent Zəfər Hüseynov, dosent Raquf Kərimov, dosent Yusif Ağayev, hazırda BDU-nun professor olan Fazil Baxşəliyev, rəhmətlik Süleyman Zeynalov, dosent Yusif Fərzəliyev və bir çoxları ilə tələbələr arasında geniş təbliğat işi apardıq. Tələbələr də sağ olsunlar, hamı bir nəfər kimi razılaşdı və 1989-cu ilin oktyabrın 29-da Şuşaya gəldik.

O zaman Şuşanın rayon komitəsinin katibi Vaqif Cəfərov idi. Şuşada bizi çox yaxşı qarşıladılar. Tədris aparmağımız üçün müvəqqəti olaraq Şuşa Realnı Məktəbin binasını verdilər. Onu təcili təmir etdilər, müəllimləri sanatoriyada yerləşdirdilər. Eyni zamanda tələbələrin də qalmasına köməklik göstərdilər. Onda başa düşdüm ki, belə xalqı məğlub etmək olmaz.

Tələbələrə, kollektivə də bu gün minnətdaram ki, bütün çətinliklərə - Şuşanın mühasirədə olmasına, atışma getməsinə, şəraitin, təhsil binasının olmamasına baxmayaraq, bizimlə gəldilər. O zaman institutun filialının yaranması SSRİ Nazirlər Kabinetinin qərarı ilə mümkün idi. İlk növbədə Pedaqoji Universitetinin Şuşa fakültəsi, daha sonra Şuşa filialı yaradıldı. Orada Azərbaycan dili və ədəbiyyatı, tarix, riyaziyyat, ibtidai təhsilin pedaqikası və metodikası, məktəbəqədər, ümumi texniki fənlər və fizika - təxminən 7 ixtisas üzrə tələbə hazırlanırdı. Filial olduqdan sonra burada 3 fakültə yaradıldı. Tələbələrin təhsil və tərbiyəsi ilə 37 nəfər elmlər doktoru, professor, dosent məşğul olurdu.

- Xankəndi Pedaqoji İnstitutunun rektoru, prorektorları kimlər idilər?

- Rektor erməni idi. 1979-cu ildə mən gedəndə Sergey Yefromoviç Xalatryan idi, sonrakı rektorun adını unutmuşam, soyadı Sarkisyan idi. O, Lenin adına Azərbaycan Pedaqoji İnstutunun (APİ) partiya təşkilatının katibi idi.

APİ-də rektor azərbaycanlı olduğu üçün partiya təşkilatının katibi erməni olurdu. Onu təcrübəli müəllim kimi Xankəndiyə direktor göndərmişdilər. Lakin o da 1988-ci ildə bütün ermənilər kimi hadisələrə qoşulmuşdu. Erməni tələbələri nümayişə çıxarırdı, ermənicə onlara “tələsin, nümayişə gedin” deyirdi. Bütün nümayişləri onlar özləri təşkil edirdilər. Lakin prorektorlar azərbaycanlılar idilər. Onlardan biri Nəcəf Quliyev idi.

Xankəndi şəhərində partiya təşkilatının iclası: ayaqüstə duran Xankəndi Pedaqoji İnstitutunun rektoru Sergey Yefromoviç Xalatryan, onun sağında prorektor Nəcəf Quliyev, sol tərəfində isə Mail Alıcanov, 1980-ci il

- Şuşaya köçəndə vəziyyətin ağır olduğunu dediniz. Müəllim və tələbə heyətinizdən yaralanan və ölən olmadı ki?

- Şuşa hər yerdən blokadaya alınmışdı. Ağdam-Xankəndi-Şuşa yolu bağlanmışdı. Gediş-gəliş ya helikopterlə olurdu, ya da Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl-Qubadlı-Laçın yolu ilə 400 km dolanıb, Şuşaya gedirdik. 40 km yol 400 km olurdu. Bütün bunlar çox çətinliklə edilirdi. Lakin tələbələrin, pedaqoji heyətin fədakarlığı çətinlikləri unutdururdu.

Bir neçə müəllim-professoru çıxmaqla bütün pedaqoji heyət Şuşaya gəlmişdi. Onların əksəriyyəti Qarabağ zonasından - Bərdə, Ağdam, Xocalı, Ağcabədi və digər ətraf rayonlardan idi. Tələbələr bütün respublika ərazisindən olurdular, amma üstünlük Qarabağ bölgəsinə düşürdü. Başqa bölgədən - Şamaxıdan olan yeganə müəllim mən idim. Lakin o ağır günlərdə kollektivdən, torpağımdan ayrı düşmədim. O ərazilər mənim üçün doğma idi.

Xankəndidən mərmilər atılırdı. Ermənilərin təxribatı hər gün genişlənirdi. Tələbələrin qəhrəmanlığına, mətanətinə, dəyanətinə heyran oldum, vuruldum. Erməni qəsbkarlarının açdığı atəş nəticəsində filialın iki müəllimi və iki tələbəsi şəhid oldu, xeyli tələbə müxtəlif dərəcəli bədən xəsarəti aldı. Şəhid olan müəllimlər Kərkicahan üzərində vurulan təyyarədə idilər. Onlardan biri - Mürşüd Dünyaməliyev İkinci Dünya müharibəsinin iştirakçısı idi, tarzən Sadıqcanın (Mirzə Sadıq) evində qalırdı. İkinci müəllim Sara xanım idi, Almaniyada təhsilini alman dili üzrə bitirmişdi, dili təmiz bilirdi. Gənc kadr idi, nişanlanmışdı. Həyatı yarımçıq qaldı.

- Şuşa filialı yarananda neçə tələbə təhsil alırdı?

- Əyani-qiyabi şöbədə 1000-dən çox tələbə olardı. İldə 400-ə yaxın qəbul verilirdi.

- 1988-ci ildə ermənilərin toplandığını, nümayişə getdiyini qeyd etdiniz. O zaman Xankəndidə başqa nələr yaşanırdı?

- Biz o dövrdə xalqlar dostluğu ruhunda tərbiyə almışdıq. Təəssüf edirəm ki, tarixdə həmişə olduğu kimi ermənilər bu dəfə də Azərbaycanın ən ağır günlərində ona qarşı çıxdılar. Bizimlə “həmkar” olan ermənilər düşmənə çevrilmişdilər. İndi danışdıqca gözümün qarşısından lent kimi keçir. Xankəndi Pedaqoji İnstitunun qapısında tarix fakültəsinin dekanı olan dosent Süleyman Zeynalovun saçını yolmuşdular. Bizə “qardaş”, “dost” deyən bu xalqın nümayəndələri qatı düşmənə çevrilmişdilər. O zaman başa düşdüm ki, bu xalq azərbaycanlıların əsl düşmənləridir.

Erməni xisləti fəsillərdə rəngini dəyişən heyvanlar kimidir. Onlar ac olanda özlərini elə göstərirdilər ki, sanki bunlardan yaxşı yoldaş yoxdur, amma “milli məsələləri” qalxanda dəyişdilər. Hadisələrin başlamasından 8-9 ay keçərdi, Şahin Abramyan adlı erməni kafedra müdiri mənə dedi ki, ermənilərin nə etməli olması, kimə qarşı vuruşması barədə Ermənistanda qəbul edilən qərarlar 30 dəqiqədən sonra Qarabağdakı ən ucqar kənddə yaşayan erməniyə çatdırılır. Bunlar illərdən bəri hazırlanan, məqsədəuyğun plan idi. O deyirdi ki, “bu, ümummilli erməni hərəkatıdır. Heç bir erməni kənarda qala bilməz”.

Tarix ibrət dərsidir, biz doğru nəticə çıxartmağı bacarmalıyıq. Yaşasın Ali Baş Komandan və Azərbaycan Ordusu, əsgər və zabitlərimiz! Onlar bir gün ərzində erməni terrorçularını Xankəndidən çıxardılar. Bizim ana yurdumuz, torpağımız, dağlarımız, dərələrimiz azad nəfəs aldı, yağı düşməndən azad olundu. Bu gün rahat ölə bilərəm, çünki qələbəni gördüm. Bu, Azərbaycan xalqının milli qürurunun geri qaytarılmasıdır. Sevincimin həddi-hüdudu yoxdur.

Xankəndi Pedaqoji İnstitutunun azərbaycanlı müəllim heyəti Xankəndidə 1981-ci il 7 noyabr paradı

- Hadisələr başlayanda Xankəndidə yaşayan azərbaycanlılar necə sıxışdırılırdı?

- Ermənilər qruplara bölünərək, şəhərin müxtəlif hissələrində guya, söhbət etdirdilər. Əslində isə toplaşıb nəsə etməyi planlayırdılar. O zaman Xankəndidə əhalinin az qala yarısının azərbaycanlı olmasına baxmayaraq, Azərbaycan dilində bir məktəb var idi - Nizami Gəncəvi adına 4 saylı məktəb. Ermənilər də əsasən uşaqlarımızın oxuduğu bu məktəbin yolunda toplaşırdılar. Təbii ki, uşaqlar gedib-gələndə həyəcan keçirirdilər.

O zaman Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası Münasibətlər Şöbəsinin müdiri Ziya Yusifzadənin bu məsələlərlə bağlı Qarabağa gəldiyini eşitdim. Şuşaya gedib teleqram vurdum ki, məni qəbul etsin. İşdə olarkən günün ikinci yarısı dəhlizdə bir rus mənim yanımdan keçəndə dedi ki, “sabah sizi Dövlət Təhlükəsizlik Komitəsində gözləyirlər”.

Dəhlizdə də heç kim yox idi. Ziya Yusifzadənin müavini rus generalı ilə məni qəbul etdi. Xahiş etdim ki, şəhərin mərkəzində ermənilərin “yığıncağı”nın qarşısı alınsın. Dedilər, onların toplaşmağını qardaşlıq məzarlığına köçürməyə çalışacaqlar. Amma heç nə etmədilər. Ovaxtkı ölkə rəhbərliyi heç nə etmirdi.

- Bəs İnstitutda Azərbaycan bölməsi niyə bağlandı? Səbəb nə göstərilirdi?

- O zaman deyirdilər ki, Azərbaycan bölməsi Bakıda varsa, Xankəndidə də olması nəyə lazımdır? Hətta buna görə 1988-ci ilin yayında Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə qəbul verməmişdilər. Mərkəzi Komitənin birinci katibi Əbdürrəhman Vəzirova teleqram vurdum. Birinci dəfə bizi qəbul etməyib, elm və təhsil şöbəsinə - Rafiq Əliyevə yönəltdilər. İkinci teleqramı vurdum, bu dəfə Vəzirov məni, İnstitutun prorektorları Nəcəf Quliyevi və Yusif Ağayevi qəbul etdi. 1 saata yaxın söhbət etdik. O zaman ali məktəblərə qəbulda rüşvət olduğu üçün bizə dedi ki, “bunu yəqin, rüşvət almaq üçün edirsiniz”. Mən təklif etdim ki, qəbul Bakıda keçirilsin, amma tələbələr oxumaq üçün Xankəndiyə gəlsinlər. Bununla da Dağlıq Qarabağla Aran Qarabağın əlaqəsi kəsilməsin. Tələbələrin valideynləri övladları ilə əlaqə saxlamaq üçün Bərdə, Yevlax, Ağcabədidən və digər yerlərdən Xankəndiyə gələcək, əlaqə itməyəcək. Bu fikir ağlına batdı və təhsil nazirinə göstəriş verdi ki, Azərbaycan bölməsinə 100 nəfər qəbul verilsin. Lakin o qəbulu keçirə bilmədilər. Şovinist ruslar, erməni daşnakları imkan vermədi.

Xankəndi Pedaqoji İnstitutun qarşısı. Sağda Mail Alıcanov, solda Nəsib Şəfiyev

- Xankəndidə azərbaycanlılara qarşı hansı vəhşilikləri edirdilər?

- Fevralın 20-də iki azərbaycanlını qətlə yetirdilər. Hadisə Əsgəranın girəcəyində baş vermişdi. Bir saat sonra oradan tankların arasından keçib Xankəndiyə getmişdim. Gənclərdən birinin adı Əli idi. Onu öldürüb yandırmışdılar. Xankəndidə azərbaycanlıların evini benzin töküb yandırır, maşınlarını əzirdilər. Xankəndiyə gələn azərbaycanlıların avtobuslarını daşa basırdılar, güllələyirdilər. Nizami həkim var idi, onu döyüb elə günə salmışdılar ki, həyatını itirdi. Bunları edənlər Azərbaycanda yaşayan ermənilər idilər. O adamlar ki, onların elmi rəhbərləri azərbaycanlı akademik, professorlar olmuşdular.

- Bu hadisələrin fonunda tədris necə aparılırdı?

- O dövrdə hamı bizə kömək edirdi. APİ-nin rektoru Sərvər Aslanovun, Nizami Xuduyevin, prorektor Malik Cəbrayılovun, baş mühasib Nəsrəddin Musayevin və bir çox digər şəxsin fəaliyyəti unudulmazdır, əvəzsizdir. Onlar bizi metodik vəsaitlərlə, kitablarla təmin edirdilər. Hətta rektorun özü də Şuşaya gəlib, bizə mənəvi dəstək verirdi. Ümumxalq yardımı edilirdi.

Tələbələrimiz də hamısı bir nəfər kimi yaxşı oxuyurdular. Oğlanlarla yanaşı Azərbaycan qızlarının cəsarəti, hünəri məni heyran etmişdi. Onlar Nigar, Həcər ənənəsini nümayiş etdirirdilər.


Şuşa şəhəri 1990-ci il. Qara eynəkdə Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Sərvər Aslanov çətin günlərdə Şuşa filialının müəllimlərinin yanına gəlib.

- Tələbələrdən könüllü döyüşə gedənlər oldu?

- Şuşa elə döyüş meydanı idi. Azərbaycanlılar Xankəndidən çıxarılmış, Kərkicahan boşaldılmışdı. Şuşa döyüş mərkəzinin qərargahı idi. Hamı orada idi. Gündüz işləyib, oxuyur, gecə isə keşik çəkib, ərazini yoxlayırdılar. Kim əlindən nə gəlirsə, edirdi.

- Torpaqlar işğaldan azad olunandan sonra Şuşaya getmisiniz?

- Özüm də gözləmədən 2021-ci ilin mayında məni Şuşaya göndərdilər. Orada Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, Şuşa Realnı Məktəbin direktoru Şükür müəllimlə görüşdüm. Şuşanı gəzdim. İnstitutun yerləşdiyi gimnaziyanın ərazisinə baxdım. Şuşada bütün tarixi abidələr dağıdılmışdı, lakin gimnaziyanın binasına əl vurulmamışdı. Amma sahibsiz qaldığı üçün qapısı, pəncərəsi dağılmışdı. Şuşadan bir ovuc torpaq götürdüm. Bu torpaq mənə yeni nəfəs, can verdi. Sevincimin həddi-hüdudu yox idi.

- Təklif gəlsə, Xankəndiyə gedib yenidən orada işləyərsiniz?

- Xankəndinin bir gündə azad edilməsi ilə mən dünyanın ən xoşbəxti oldum. Artıq Xankəndiyə qayıtmaq barədə mənə zəng olunub. Ailəmlə birlikdə qayıtmaq barədə razılıq vermişik, sənədlərimizi təqdim etmişik. Bir nəfər kimi biz Qarabağa qayıdacağıq. İşləsəm də, işləməsəm də orada yaşayacağam.

Oxşar xəbərlər
N.Tusi adına Klinika
15:52, Bu gün
“Milan”ın əfsanəsi klubdan ayrılmasından danışdı: “Mənə dedilər ki…”
15:47, Bu gün
Umayra Tağıyeva: “İqtisadiyyatı sürətlə inkişaf edən ölkələr emissiyaların əhəmiyyətli hissəsini təşkil edir”
15:44, Bu gün
Deputat: “Turan adı bəzən kimlərisə qorxudur, amma bu, millətçilik deyil”
15:37, Bu gün
Orduda hərbi texnikaların vəziyyəti yoxlanıldı - FOTO/VİDEO
15:33, Bu gün
Şəkidə Türkiyə vətəndaşına məxsus TIR yandı - FOTO
15:29, Bu gün
Xankəndidəki Qarabağ Universiteti Bakının tələbə yükünü azaldacaq - ŞƏRH + FOTO
15:23, Bu gün
Qəzza bölgəsinin cənubunda ağır döyüşlər gedir
15:19, Bu gün
İnsanlar niyə tez qocalır və ölürlər? – Səbəb dinozavrlarla bağlı imiş
15:16, Bu gün
Azərbaycan güləşçiləri Bakıdakı dünya çempionatını 21 medalla başa vurublar
15:14, Bu gün
“Türkiyə və Rusiya öz münasibətlərində Atatürk-Lenin doktrinasını həyata keçirir...”
15:12, Bu gün
Əli Əsədov BƏƏ-nin Vitse-prezidentini təbrik edib
15:07, Bu gün
Kamçatkadan qorxunc görüntülər: Avtomobil hərbçilərin kolonuna çırpıldı - VİDEO
15:02, Bu gün
Həndbol üzrə Azərbaycan çempionatı: "Qarabağ" inamlı qələbə qazanıb
14:58, Bu gün
Ülvi Qılınc: “Aygün Kazımovanı diva hesab etməyə məcburam?”
14:56, Bu gün
Təranə Qumralın qızı: "Həyat yoldaşım bacımın..." - VİDEO
14:55, Bu gün
Pakistanın Baş naziri: “Biz regionda baş verən bütün məsələlərdə Azərbaycanı dəstəkləyirik”
14:48, Bu gün
Bakı məktəblərində dezinfeksiya işlərinə BAŞLANILDI - FOTO
14:41, Bu gün
Olaf Şolts: “2030-cu ilə qədər qlobal bərpa olunan enerji potensialı 3 dəfə artırmalıdır”
14:36, Bu gün
Ərdoğan ABŞ-ni ittiham edib
14:36, Bu gün
85 yaşlı Hollivud ulduzu 20 yaşlı sevgili arzusundadır
14:32, Bu gün
Sahibə Qafarova sülh sazişinə mane olanlara çağırış etdi
14:28, Bu gün
“Bavariya”nın bugünkü oyunu təxirə salınıb
14:24, Bu gün
Səhiyyə Nazirliyi Mingəçevirdə fləş-mob keçirib - FOTO
14:20, Bu gün
Astronomlar böyük ulduz kütləsi olan planet kəşf ediblər
14:15, Bu gün
Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək
14:10, Bu gün
Əldə etdiyi “Kalaşnikov” avtomatını gizlədən şəxs saxlanıldı - FOTO
14:07, Bu gün
Putin Rusiya ordusu hərbi qulluqçularının sayını 1, 32 milyon nəfər artırıb
14:05, Bu gün
Qərbi Azərbaycan İcmasının nümayəndəsi Qlobal Forumda iştirak edib - FOTO
14:04, Bu gün
SENSASİYA: Paşinyanın ən yaxın adamı Rusiya AGENTİ çıxdı - proses BAŞLADI- Elçin Alıoğlu ilə CANLIda
14:00, Bu gün
“BMT artıq faktiki olaraq yoxdur, bu qurum zibil qutusuna atılıb” - Numan Kurtulmuş
13:55, Bu gün
İranda məhkəmə binası ətrafında partlayış olub - VİDEO
13:50, Bu gün
Hadise “Kızılcık Şerbeti”ndən danışdı: “Daha bu qədər də yox!” - VİDEO
13:47, Bu gün
Azərbaycan XİN BƏƏ-ni təbrik etdi - FOTO
13:42, Bu gün
İtaliya XİN başçısının müavini: “Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var”
13:37, Bu gün
Sahibə Qafarova Çexiya Senatının sədrini Ermənistanın hərbi-siyasi təxribatları barədə məlumatlandırıb - FOTO
13:32, Bu gün
Salyan məktəblisinin böyük uğuru: Yeni riyazi düstur kəşf etdi - VİDEO
13:27, Bu gün
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 11-ci oldu - FOTO
13:22, Bu gün
Amerikalı senator qalmaqallı Bob Menendesin senatdan getməsinə çağırış etdi: “O, əslində, Nyu-Cersidən deyil”
13:17, Bu gün
Marneulidə “Heydər Əliyev və müasir Gürcüstan” adlı konfrans təşkil olunub - FOTO
13:12, Bu gün
Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi qardaş ölkənin mediasında
13:08, Bu gün
Azərbaycan parataekvondoçusu İngiltərədə bürünc medal qazanıb
13:05, Bu gün
Almaniya Fransanın “bazar”ına girir - TƏHLİL
13:04, Bu gün
Model Səmra: "Çılpaq olaraq qapalı biriyəm, ruhum erotikaya ziddir, mən paklığı göstərirəm" - VİDEO
13:01, Bu gün
Günel Səfərovaya AĞIR İTKİ
13:00, Bu gün
Sabah Bakıda 22 dərəcə isti olacaq
12:57, Bu gün
"2024-cü il üçün bizim özümüzün Ukrayna ssenarimiz olmalıdır" - Zelenski
12:52, Bu gün
“Koronovirus təhlükəsi hələ sovuşmayıb, arxayın olmamalıyıq” - RƏY + FOTO
12:47, Bu gün
Esma Özdaşlı: “Ermənistan dövlətinin yaranması ilə bölgədə terrorçuluğun əsası qoyulub”
12:42, Bu gün
Ağdərə rayonunun yaradılması Milli Məclisdə müzakirə ediləcək
12:38, Bu gün
Kərim Vəliyev Ermənistanla sərhəddəki hərbi hissələrdə olub, göstərişlər verib - FOTO/VİDEO
12:34, Bu gün
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
12:30, Bu gün
Bakıda məhkum cəzaçəkmə müəssisəsində öldü - SƏBƏB
12:27, Bu gün
"Azərişıq"ın işçisi faciəvi şəkildə öldü
12:24, Bu gün
Rusiya Ermənistanın DƏRSİNİ VERƏCƏK - Bəs Kreml niyə bu qədər səbr edir?
12:19, Bu gün
"Qərbin Cənubi Qafqaza gəlməsinin qarşısını almaq lazımdır" - Türkiyəli ekspert
12:15, Bu gün
Bakı-Vaşinqton münasibətlərinin normallaşması kimləri və niyə rahatsız edir - fərqli rəylər
12:12, Bu gün
Təhsil ocağında biabırçı kadrlar - FOTO/VİDEO
12:10, Bu gün
Dekabr ayı üçün ulduz falı
12:10, Bu gün
ABŞ, Britaniya və Avstraliya birgə dəniz təlimləri keçirəcək
12:08, Bu gün
"Xəzri"nin basketbolçusu: "Əbəs yerə lider olmadığımızı göstərdik"
12:07, Bu gün
Bakı və Abşeronda daha iki qanunsuz tikili sökülüb - VİDEO
12:06, Bu gün
KİV: "X" sosial şəbəkəsi kiçik və orta biznesləri cəlb etmək niyyətindədir
12:06, Bu gün
Deputat: "Ermənistan yenə nələrəsə hazırlaşır, ona görə də biz daha güclü olmalıyıq"
12:05, Bu gün
İsrail ordusu Livanın ərazisinə cavab zərbələri endirib
12:04, Bu gün
Fransalı jurnalist: "Bu gün Fransada anti-Azərbaycan və anti-türk ab-havası hökm sürür"
12:03, Bu gün
Türkiyəli ekspert: “Ermənistanda uşaqları terror təşkilatına cəlb edirlər”
12:00, Bu gün
İsrail ordusu Qəzza bölgəsində 400-dən artıq hədəfə zərbələr endirib
12:00, Bu gün
Azərbaycanda distant təhsilə keçilməlidir? - AÇIQLAMA
11:51, Bu gün
Sahibə Qafarova çexiyali deputatları Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb
11:42, Bu gün
Böyük Dəbilqə: Hidayət Heydərov qızıl, Zelim Tçkayev bürünc medal qazanıb - YENİLƏNİB
11:18, Bu gün
Qubada narkotikin təsiri altında avtomobil idarə edən 86 sürücü saxlanılıb
11:10, Bu gün
Prezident İlham Əliyev Laos Prezidentini təbrik edib
11:07, Bu gün
Azərbaycan neftinin qiyməti 85 dolları ötüb
11:05, Bu gün
Şəhid valideynləri Naxçıvandan Şuşaya yola düşüb
11:00, Bu gün
Ermənistanda "artsax"ın birləşdirilməsi tələbi ilə keçirilən mitinqə cəmi 50 hay qatıldı...
11:00, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın XİN başçısına cavab verib
10:50, Bu gün
Leyla Əliyeva oğullarını belə TƏBRİK ETDİ - FOTO
10:45, Bu gün
Kenan İmirzalıoğlu ilk dəfə xəyanət xəbərlərindən danışdı: Həyat yoldaşı Sinem Kobalı aldadıb? - FOTO
10:40, Bu gün
Bakıdakı mundialın sonuncu günündə Azərbaycanın beş güləşçisi mübarizə aparacaq
10:37, Bu gün
Sahibə Qafarova Çexiya Parlamentinin Deputatlar Palatasının sədrini Azərbaycanın sülh səyləri barədə məlumatlandırıb
10:30, Bu gün
Rusiya Aİ-nin taxıl tədarükçülərinin ilk beşliyinə qayıdıb
10:29, Bu gün
Azərbaycana qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ - FOTO
10:25, Bu gün
DTX-nin Akademiyasının yaranmasının 25 illiyi qeyd olunub
10:20, Bu gün
Ermənistan Türkiyə ilə sərhəddəki keçid məntəqəsinin istismara hazır olduğunu bildirdi...
10:15, Bu gün
Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb
10:10, Bu gün
AQTA tərkibində təhlükəli kimyəvi maddə aşkarlanan bioloji aktiv qida məhsulu ilə bağlı xəbərdarlıq edib
10:05, Bu gün
Azərbaycan millisinin baş məşqçisi: "Tarixi gün idi"
10:00, Bu gün
Gəncədə qəza zamanı piyada xəsarət alıb
09:55, Bu gün
İsrail ordusu Qəzza zolağında 4 girovun öldüyünü təsdiqləyib
09:52, Bu gün
Bu gün AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq
09:50, Bu gün
Almaniyanın şirkəti Ukraynada zirehli texnika istehsalına başlamağı planlaşdırır
09:46, Bu gün
“Qanuna bu düzəliş hərbiyə marağı azaldacaq...” - ekspertdən pensiya yaşı ilə bağlı rəy
09:42, Bu gün
Bu ölkədə 5.7 bal gücündə ZƏLZƏLƏ
09:40, Bu gün
Azərbaycanda mebel sexinin sahibi cərimə edilib - FOTO
09:10, Bu gün
Goranboyda qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb
08:55, Bu gün
"Daxili işlər naziri  vəzifəsindən azad edilməlidir... -Rusiya casusudur..."
08:32, Bu gün
Dünyasını dəyişmiş adamı yuxuda görməyin mənası nədir və bu zaman nə etmək lazımdır?..
01:03, Bu gün
Dilan-Engin cütlüyündən sonra onların da əmlakları müsadirə edildi - FOTO
01:01, Bu gün
Yelena Zelenskaya: “Həyat yoldaşımın növbəti müddətə prezident olmasını istəmirəm”
00:58, Bu gün
Şəkidə avtomobil dərəyə aşdı: Xəsarət alan var - YENİLƏNİB + FOTO
GÜNLÜK
01 Dec 2023 | 18:50
“Cənab nazir, Rusiyanın Azərbaycandakı hərbi mövcudluğu qanunidirmi?..”
01 Dec 2023 | 16:46
“Şəhidim bunu mənə yuxuda bildirmişdi..” – Şəhid Kapitan Fəzail Əliyevin ailəsinə ev verildi
01 Dec 2023 | 20:53
O, hansı səbəbdən sağalmaz xəstəliyə tutuldu? – Məmməd Araz haqqında
01 Dec 2023 | 21:39
“Bakıdakı bəzi nazirlik və müəssisələrin Xankəndiyə köçürülməsi mümkündür”
01 Dec 2023 | 20:34
Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransında çıxış edib
01 Dec 2023 | 16:46
Moskvada azərbaycanəsilli iş adamlarına məxsus bazarda baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB + VİDEO
01 Dec 2023 | 23:57
Yaxın günlərdə 8 kənd qaytarılmasa ORDUMUZ hərəkətə keçəcək!" - Rauf Arifoğludan SENSASİON MƏLUMAT - VİDEO
01 Dec 2023 | 16:08
Müğənni Sevda Əliqızı: “Ağrılara görə danışa bilmirəm”
01 Dec 2023 | 17:46
"Mən cəfəngiyyat teatrına məftunam, amma bu, axmaq lətifəyə bənzəyir..."
01 Dec 2023 | 17:00
"Rusiya öz mövqelərini möhkəmləndirir və təşəbbüsü ələ keçirməyə cəhd göstərir" - fon der Leyen
HƏFTƏLİK
25 Nov 2023 | 16:45
“Deyim ki, yox, sənə ev vermirəm?” – Anar sürücüsü və katibəsinə ev verdiyini təsdiqlədi
27 Nov 2023 | 12:50
“Kinostudiya rəhmətə gedib, mən də ölümümü gözləyirəm, üzdəniraqlar televiziyadan millətə dərs keçir”
28 Nov 2023 | 11:11
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM
28 Nov 2023 | 22:32
Şəhidin evinə oğru girdi- “Şəhidin ildönümü üçün yığılan pulu oğurlayıblar” - ÖZƏL
26 Nov 2023 | 13:27
“Filarmoniyada rəhbər işlədiyim illərdə Elmira Rəhimova, Flora Kərimova və Şövkət xanımın etdiyi yaxşılıqları unutmaram”-FOTO+VİDEO
26 Nov 2023 | 12:23
Kəlbəcərdə möcuzəvi tikili: Dünyanın ən böyük tunellərindən birinin görüntüləri (VİDEO)
26 Nov 2023 | 19:39
"Nə zamansa biz rus qızları ilə evlənmişik, həyat yoldaşlarımız bizimlədir..."
30 Nov 2023 | 09:56
Erməni aktyor Azərbaycan ziyalılarıyla görüşə hazır olduğunu bəyan etdi... Amma vasitəçisiz...
26 Nov 2023 | 15:27
"Belə bir təxribata əl atarlarsa Zəngəzura qoşun yeridilməli və..." - Qüdrət Həsənquliyev
01 Dec 2023 | 00:00
Laçının işğaldan azad edilməsindən üç il ötür
AYLIQ
01 Dec 2023 | 18:50
“Cənab nazir, Rusiyanın Azərbaycandakı hərbi mövcudluğu qanunidirmi?..”
01 Dec 2023 | 16:46
“Şəhidim bunu mənə yuxuda bildirmişdi..” – Şəhid Kapitan Fəzail Əliyevin ailəsinə ev verildi
01 Dec 2023 | 20:53
O, hansı səbəbdən sağalmaz xəstəliyə tutuldu? – Məmməd Araz haqqında
01 Dec 2023 | 21:39
“Bakıdakı bəzi nazirlik və müəssisələrin Xankəndiyə köçürülməsi mümkündür”
01 Dec 2023 | 20:34
Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransında çıxış edib
01 Dec 2023 | 16:46
Moskvada azərbaycanəsilli iş adamlarına məxsus bazarda baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB + VİDEO
01 Dec 2023 | 23:57
Yaxın günlərdə 8 kənd qaytarılmasa ORDUMUZ hərəkətə keçəcək!" - Rauf Arifoğludan SENSASİON MƏLUMAT - VİDEO
01 Dec 2023 | 16:08
Müğənni Sevda Əliqızı: “Ağrılara görə danışa bilmirəm”
01 Dec 2023 | 17:46
"Mən cəfəngiyyat teatrına məftunam, amma bu, axmaq lətifəyə bənzəyir..."
01 Dec 2023 | 17:00
"Rusiya öz mövqelərini möhkəmləndirir və təşəbbüsü ələ keçirməyə cəhd göstərir" - fon der Leyen