Parlament gələn il üçün yaşayış minimumunu birinci oxunuşda qəbul etdi
1922
14 Nov 2023 | 17:10

Parlament gələn il üçün yaşayış minimumunu birinci oxunuşda qəbul etdi

Milli Məclisin bu gün keçirilən iclasında “2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
 
Moderator.az xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
 
Layihədə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunub.
 
Link kopyalandı!
Son xəbərlər